Ölkəyə qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb

 Naxçıvan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı əməliyyat məlumatı əsasında, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Gömrük Komitəsindən verilən məlumata görə, həmin şəxs hava limanının dayanacağında gömrük əməkdaşları tərəfindən saxlanılıb və ona məxsus 3 ədəd sellofan paket yoxlanılıb. Yoxlama zamanı, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 16.000 ədəd “Gold Marlboro EDGE” markalı siqaret aşkar edilib.

Naxçıvan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı əməliyyat məlumatı əsasında, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Gömrük Komitəsindən verilən məlumata görə, həmin şəxs hava limanının dayanacağında gömrük əməkdaşları tərəfindən saxlanılıb və ona məxsus 3 ədəd sellofan paket yoxlanılıb. Yoxlama zamanı, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 16.000 ədəd "Gold Marlboro EDGE" markalı siqaret aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31