Futbol üzrə respublika birinciliyi keçirilir

“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) futbol üzrə respublika birinciliyinin zona yarışları keçirilib.  “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəıbərə grə,  yarış 2003-2004-cü il təvəllüdlü məktəblilər arasında təşkil olunub.

"Təhsil" Respublika İdman Mərkəzinin (RİM) futbol üzrə respublika birinciliyinin zona yarışları keçirilib.  "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəıbərə grə,  yarış 2003-2004-cü il təvəllüdlü məktəblilər arasında təşkil olunub. Yarışın keçirilməsində əsas məqsəd Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin futbol bölmələrinin perspektivli futbolçularının aşkar olunması və mərkəzin qeyd olunan təvəllüd üzrə yığma komandasının müəyyən edilməsindən ibarətdir. Zona yarışları Bakı, Sumqayıt, Lənkəran və Gəncə şəhərlərində, Qax və Bərdə rayonlarında təşkil edilib.

Qeyd edək ki, yarıəşların final mərhələsi 4-10 oktyabr 2016-cı il tarixlərində Lənkəran şəhərində keçiriləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31