Gündəm

Klintonla debat: Trampa milyonlar axır

28 Sentyabr 2016 15:45

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd milyarder Donald Tramp Klintonla baş tutan ilk teledebatından sonra seçicilərin böyük dəstəyini əldə edib.

Raqif Abbasov: “Bizim seçki mədəniyyətimiz dünya üçün nümunədir”

28 Sentyabr 2016 15:44

“Azərbaycan vətəndaşının seçki mədəniyyəti mövcuddur. Bu mədəniyyət artıq dünyanın ayrı-ayrı ölkələri, o cümlədən “seçkilər azad, şəffaf  keçirimədi” deyən insanların özü üçün nümunədir”.

Aydın Quliyev: "Seçicilər öz dəstəyi ilə bəzi qüvvələrə tutarlı cavab verdi"

28 Sentyabr 2016 15:43

“Ölkə başçısının iradəsi ilə müzakirəyə və səsverməyə çıxarılan Referendum Aktına Azərbaycan cəmiyyətinin demək olar ki, 90 faizindən çoxunun dəstək reaksiyası verməsi ölkəmizdə hakimiyyət-xalq birliyinin bariz nümunəsi oldu”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Siyavuş Novruzov: Əli Kərimlinin dəstəsi yalandan seçki məntəqəsi düzəldib

28 Sentyabr 2016 15:41

"Azərbaycanda növbəti dəfə azad, ədalətli və demokratik seçkilər keçirildi. Azərbaycan xalqı gəlib səsvermədə iştirak etdi və referendumda qoyulan məsələlərə münasibət bildirdi".

Həbsxanada uşaq dünyaya gətirən qadın azadlıq istəyir

28 Sentyabr 2016 15:39

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Esmira Cəfərovanın şikayəti əsasında məhkəmə prosesi başlayıb. Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E. Cəfərova bildirib ki, iki il öncə həbs edilərkən hamilə olub.

"Mərkəzi Bank haqqında" qanun dəyişdirilir

28 Sentyabr 2016 15:37

"Mərkəzi Bank haqqında" və "Dövlət borcu haqqında" qanunlara dəyişikliklərin edilməsi təklif olunur. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə bildirib.

Deputat maliyyə qurumlarını tənqid etdi

28 Sentyabr 2016 15:35

 “Azərbaycanın maliyyə bazarında ciddi problemlər yaranmaqdadır”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov deyib.

Azərbaycanla Pakistan hansı sahədə əməkdaşlıq edə bilər?

28 Sentyabr 2016 15:34

Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Federal müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən verilən məlumata görə, Rana Tanvir Hussain “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi və bu sərginin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Pakistanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli və haqlı mövqeyini qəti və prinsipial şəkildə dəstəklədiyini bildirib. Nazir Elmar Məmmədyarov Pakistanın bu mövqeyinin yüksək qiymətləndirildiyini və yaxın zamanda Pakistanın Baş nazirinin Azərbaycana planlaşdırılan səfərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

Güclü təsiredici maddə satan xanım tutuldu

28 Sentyabr 2016 15:32

Maştağa qəsəbəsində apteklərdən birindən güclü təsiredici dərman preparatları aşkar edilərək götürülüb. Bu haqda Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda deyilir ki, Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Elnarə Hüseynova satıcı işlədiyi aptekdə güclü təsiredici maddə olan 5 ədəd “Pregabalin” kapsulasını satarkən saxlanılıb.

Kəmaləddin Heydərov Ağdamda vətəndaşları qəbul edəcək

28 Sentyabr 2016 15:30

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 sentyabr 2016-cı il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Fikrət Məmmədov vətəndaşları qəbul edəcək

28 Sentyabr 2016 15:29

Ədliyyə naziri Fikrət Məmmədov sentyabrın 30-da Ağcabədi rayonunda vətəndaşların qəbulunu keçiriləcək. Nazirlidən verilən məlumata görə, qəbulda Ağcabədi, Beyləqan və İmişli rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq. Qəbul Ağcabədi şəhəri Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində (ünvan: Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 63) keçiriləcəkdir.

Putin Türkiyəyə səfərə hazırlaşır

28 Sentyabr 2016 15:25

Rusiya prezidenti Vladimir Putin oktyabrda Türkiyəyə səfər edə bilər.

“Azərbaycan xalqının iradəsi ölkəmizə qarşı keçirilən aksiyaların fövqündə dayanır” 

28 Sentyabr 2016 15:24

“Azərbaycan Prezidenti referendumdan öncə ölkədə aparılan islahatların anonsunu verib.  Bu istiqamətdə görüləcək işlərin daha intensiv şəkilə həyata keçməsi üçün Konstitusiyada mühüm dəyişikiliklərin edilməsinə ehtiyac var idi”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Erməni siyasətinin epilepsiyaları, yaxud Madrid prinsiplərinin absurd təftişi

28 Sentyabr 2016 15:22

Rəsmi İrəvan zaman-zaman məntiqsiz və qərəzli addımları ilə süni gərginliklər yaratmağa çalışır. Xüsusilə Dağlıq Qarabağ məsələsində son dərəcə qeyri-konstruktiv mövqe tutaraq problemin sülh yolu ilə həllinə əngəllər törədir. Azərbaycanın dövlət başçısı haqlı olaraq Ermənistan rəhbərliyinin məqsədli şəkildə danışıqlar prosesini uzatdığını vurğulayıb. Bu bağlılıqda indi də İrəvan Madrid prinsipləri haqqında qeyri-düzgün fikirlər bildirməkdədir. Bunun fonunda Ermənistanın Azərbaycana torpaq güzəştə getmək fikrindən daşındığı təəssüratı yaratmağa cəhd edilir. Təbii ki, Ermənistanın hansısa əraziləri güzəştə getməsi kimi bir anlayış ola bilməz, çünki o ərazilər Azərbaycanın əzəli torpaqlarıdır və işğalçı qeyd-şərtsiz bu torpaqları tərk etməlidir.

Dövlət Departamenti radikal müxalifəti rüsvay etdi SİYASİ TƏHLİL

28 Sentyabr 2016 15:21

Ölkəmizdə Konstitusiyaya ediləcək dəyişiklik və əlavələrlə bağlı keçirilən referendum  - ümumxalq səsverməsi uğurla baş tutub və bunu yalnız prosesi izləyən yerli və xarici müşahidəçilər deyil, dünya birliyi də yüksək qiymətləndirib. Artıq ölkəmizə dost münasibəti bəsləyən bir sıra dövlət rəhbərləri, hökumət qurumları bununla bağlı təbrik məktubları göndərir, ölkəmizin demokratik dəyərlərə doğru daha bir addım atmasını alqışladıqlarını vurğulayırlar. Əlbəttə ki, bu çox sevindirici və qürurverici haldır.