Güclü təsiredici maddə satan xanım tutuldu

Maştağa qəsəbəsində apteklərdən birindən güclü təsiredici dərman preparatları aşkar edilərək götürülüb. Bu haqda Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda deyilir ki, Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Elnarə Hüseynova satıcı işlədiyi aptekdə güclü təsiredici maddə olan 5 ədəd “Pregabalin” kapsulasını satarkən saxlanılıb.

Maştağa qəsəbəsində apteklərdən birindən güclü təsiredici dərman preparatları aşkar edilərək götürülüb. Bu haqda Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda deyilir ki, Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Elnarə Hüseynova satıcı işlədiyi aptekdə güclü təsiredici maddə olan 5 ədəd "Pregabalin" kapsulasını satarkən saxlanılıb. Aptekə baxış zamanı güclü təsiredici maddə olan 306 ədəd "Tramadol", 3 ədəd "Pregabalin" kapsulaları, 20 ədəd "Zapicione" həbi, 5 ədəd "Tramadol", 7 ədəd "Tramaklosidol" ineksiyaları, psixotrop maddə olan 780 ədəd "Fenadiazepin", 2075 ədəd "Haloperidol", 150 ədəd "Depakine chrono", 60 ədəd "Respilon" həbləri, 30 ədəd "Haloperidol", 24 ədəd "Haloperidol-decanoate", 70 ədəd "Amitriptylline hydrochlorido" və 19 ədəd "Moditen depo" ineksiyaları aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31