Gündəm
Mübariz Qurbanlı Ağsuda vətəndaşlarla görüşüb
Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 28-də Ağsu şəhərində Ağsu, Şamaxı və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edib.
AzTU-da beynəlxalq elmi-texniki konfrans keçirilir
Sentyabrın 28-də Azərbaycan Texniki Universitetində «Maşınqayırmada intellektual texnologiyalar» mövzusunda beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd maşınqayırmada intellektual texnologiyalar sahəsində müasir elmi-texniki istiqamətlər üzrə mütəxəssislərin apardıqları tədqiqatların və alınmış nəticələrin müzakirəsidir. Konfrans vasitəsi ilə texnoloji inkişaf etmiş ölkələrin təcrübələri, MDB və digər xarici dövlətlərin alimləri ilə elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi də mümkün olub. 3 gün davam edəcək konfransda çox sayda tanınmış alimlərin və nüfuzlu qonaqların iştirakı alimlərin təcrübə və bilik mübadiləsi aparması üçün geniş imkan yaradıb.
Prezident Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı ilə görüşüb
Azərbaycan prezidentiİlham Əliyev sentyabrın 28-də Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı xanım Aişə Abdullahini qəbul edib.
Azərbaycan prezidenti Uruqvay parlamentinin nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidentiİlham Əliyev Uruqvay parlamentinin nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan prezidentiİlham Əliyev israilli həmkarı Reuven Rivlinə Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib.
"Nardaran işi": Hakim təqsirləndirilən şəxsə xəbərdarlıq edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"AŞPA sessiyasında Azərbaycanla bağlı məsələlərin gündəmə gətirilməsi nəzərdə tutulmur"
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının iclasında Azərbaycanla bağlı məsələlərin ümumi şəkildə gündəmə gətirilməsi nəzərdə tutulmur".
Azərbaycanda inqilab başlanır
Səməd Seyidov: AŞPA sessiyasında Azərbaycanla bağlı məsələlərin gündəmə gətirilməsi nəzərdə tutulmur
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının iclasında Azərbaycanla bağlı məsələlərin ümumi şəkildə gündəmə gətirilməsi nəzərdə tutulmur. Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Vaşinqton Rusiyaya güzəştə getməyəcək
Rəsmi Vaşinqton Rusiya əleyhinə tətbiq olunan maliyyə sanksiyalarının genişləndirilməsini istisna etmir.
NATO ilk növbədə Ermənistanı vuracaq
Ermənistanda yerləşdirilən “İsgəndər”lər NATO-nun ilk hədəfi olacaq.
Bakıda növbəti beynəlxalq və ən geniş ekoloji aksiya keçirilib
Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bilgəh çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirib.
Xanım satıcı aptekdə güclü təsiredici maddə satarkən saxlanıldı
Maştağa qəsəbəsində apteklərdən birindən güclü təsiredici dərman preparatları aşkar edilərək götürülüb.
Cərrahiyyə əməliyyatlarında ölüm faizi açıqlandı
“Hər il Azərbaycanda 180 min cərrahiyyə əməliyyatı icra olunur. Cərrahiyyə əməliyyatların 0,2 faizi ölümlə nəticələnir. Bu göstərici isə Avropa ölkələrinin göstəricilərinə uyğundur”.
"Azərbaycanda dini televiziyanın yaradılması cəmiyyətin xeyrinə olardı"
Azərbaycanda dini televiziya kanalının yaradılması cəmiyyətin xeyirinə olardı. Təbii ki, belə bir kanal açıla və kifayət qədər də maraqlı ola bilər.

.jpg)











