AzTU-da beynəlxalq elmi-texniki konfrans keçirilir

Sentyabrın 28-də Azərbaycan Texniki Universitetində «Maşınqayırmada intellektual texnologiyalar» mövzusunda beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd maşınqayırmada intellektual texnologiyalar sahəsində müasir elmi-texniki istiqamətlər üzrə mütəxəssislərin apardıqları tədqiqatların və alınmış nəticələrin müzakirəsidir. Konfrans vasitəsi ilə texnoloji inkişaf etmiş ölkələrin təcrübələri, MDB və digər xarici dövlətlərin alimləri ilə elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi də mümkün olub. 3 gün davam edəcək konfransda çox sayda tanınmış alimlərin və nüfuzlu qonaqların iştirakı alimlərin təcrübə və bilik mübadiləsi aparması üçün geniş imkan yaradıb.

Sentyabrın 28-də Azərbaycan Texniki Universitetində "Maşınqayırmada intellektual texnologiyalar" mövzusunda beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd maşınqayırmada intellektual texnologiyalar sahəsində müasir elmi-texniki istiqamətlər üzrə mütəxəssislərin apardıqları tədqiqatların və alınmış nəticələrin müzakirəsidir. Konfrans vasitəsi ilə texnoloji inkişaf etmiş ölkələrin təcrübələri, MDB və digər xarici dövlətlərin alimləri ilə elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi də mümkün olub. 3 gün davam edəcək konfransda çox sayda tanınmış alimlərin və nüfuzlu qonaqların iştirakı alimlərin təcrübə və bilik mübadiləsi aparması üçün geniş imkan yaradıb.

Qeyd edək ki, AzTU-da bu ilin noyabr ayında daha bir beynəlxalq konfrans təşkil olunacaq. 23-25 noyabr tarixlərində keçirilməsi planlaşdırılan Beynəlxalq Elmi-Texniki Konfransın məqsədi müasir informasiya və kommunikasiya texnologiyalarının inkişaf ənənələri və perspektivləri sahəsində alimlərin, mütəxəssislərin elmi nailiyyətləri barədə müzakirələrin aparılmasıdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31