Prezident İlham Əliyev Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan prezidentiİlham Əliyev israilli həmkarı Reuven Rivlinə Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib.
28 Sentyabr 2016 14:59 SiyasətAzərbaycan prezidentiİlham Əliyev israilli həmkarı Reuven Rivlinə Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib.
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
"Hörmətli cənab Prezident, İsrail Dövlətinin keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Qeyd edək ki, Ş. Peres sentyabrın 28-də 94 yaşında vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31