Gündəm

Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edilib

30 Sentyabr 2016 17:31

Milli Məclisin iclasında Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edilib. “Olaylar” xəbər verir ki, hər iki sənədə dəyişiklik texniki xarakter daşıyır. Layihələr ayrı ayrılıqda səsə qoyularaq qəbul olunub.

Azərbaycanda prezidentin fəaliyyətini təmin edən orqanlarda yeni vəzifələr yaradılır 

30 Sentyabr 2016 17:30

Azərbaycanda prezidentin fəaliyyətini təmin edən orqanların fəaliyyəti ilə bağlı dövlət qulluğunda yeni vəzifələr yaradılıb. Bununla bağlı Milli Məclisdə “Dövlət qulluğu haqqında” qanunun 11.1-ci maddəsinə əlavələr müzakirə edilib. Əlavəyə görə, maddənin 1-ci hissəsində (İnzibati vəzifələrin ali təsnifatı) ali vəzifə təsnifatı siyahısına “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi” də daxil edilir.

Əhliman Əmiraslanov: “Azərbaycanda psixoloq azdır, onların yerini şarlatanlar tutub”

30 Sentyabr 2016 17:26

“Azərbaycanda professional psixoloqlar az olduğundan onların yerini bəzi ekstrasenslər, şarlatanlar, təsadüfi falçılar doldurur”. Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, əsl psixoloqlar olsa, insanların psixoloji durumunun yaxşılaşdırılması istiqamətində yardım edərlər. Ə. Əmiraslanov vurğulayıb ki, psixoloqların fəaliyyət dərəcəsi çox genişdir və onlar bütün müəssisələrdə fəaliyyət göstərməlidir: “Bunlar nəzərə alınaraq, “Psixoloji yardım haqqında” qanunun qəbulu nəzərdə tutulur. Təhsil, elm, idman və digər müəssisələrin psixoloqa ehtiyacı var. “Psixoloji yardım haqqında” qanun mütləq həyata keçirilməli və bütün müəssisələrdə psixoloqlar fəaliyyət göstərməlidir”.

Əməliyyat-axtarış işçilərinə yeni səlahiyyətlər verilib

30 Sentyabr 2016 17:26

Azərbaycanda hakimin qərarı olmadan baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə yeni səlahiyyətlər verilib.

Deputat: “Sürücülərin işinə ciddi nəzarət olunmalıdır”

30 Sentyabr 2016 17:23

“D və E kateqoriyalı sürücülərin ən azı 3 il təcrübəsi olmaldır. Qanunda da bu yaş həddi 23 olaraq göstərilib. Biz bu yaşdan 3 il təcrübəni də çıxsaq belə çıxır ki, sürücü 17-18 yaşından işləməyə başlamaldır.

Ziyafət Əsgərov: “Poçt hardan bilər ki...”

30 Sentyabr 2016 17:22

Poçt haqqında” qanunun 3.0.2-1 maddəsi ləğv edilib. “Olaylar”ın xəbərinə görə, maddədə bildirilirdi ki, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarət edir.

Qənirə Paşayevadan çağırış: İstanbulda Əli Bəy Hüseynzadəyə abidə qoyaq!

30 Sentyabr 2016 17:20

Milli Məclisin iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Türkiyədə Əli Bəy Hüseynzadənin qızı ilə görüşdüyünü vurğulayaraq bildirib ki, dahi şəxsiyyətin övladı heç bir qarşılıq gözləmədən təmənnasız Əli Bəy Hüseynzadədən qalan hər şeyi - qiymətli rəsmləri, əsərləri, sənədləri, istifadə etdiyi avadanlıq və əşyaları Azərbaycan dövlətinə hədiyyə edib və indi onun ölkəmizə gətirilməsi istiqamətində işlər görülür. 

Deputatlar rayon maşınlarının Bakıya buraxılmamasına etiraz etdilər

30 Sentyabr 2016 17:17

Milli Məclin payız sessiyasının ilk iclasında deputat Tahir Kərimli rayon qeydiyyatında olan minik avtomobillərinin paytaxt Bakıya buraxılmamasına etiraz edib. “Olaylar” xəbər verir ki, vətəndaşların Konstitusiya hüquqlarının pozulması kimi qiymətləndirib: “İnsanlar rayonlardan Bakıya gəlirlər... xəstə oldu-olmadı adamlar yolda dayandırılır, maşınlardan düşürülürlər, sonra da başqa maşınla Bakıya gəlirlər. Bununla da icra orqanının qərarı ilə Konstitusiya məhdudlaşdırılır”. Deputat bildirib ki, ölkədə qanunların icrasına nəzarət olunmalıdır: “Ona görə də təklif edirəm ki ölkə miqyaslı qanunların icrasına nəzarət orqanı yaradılsın”. 

Nazirlik: "Hələlik biz bu işə yumşaq yanaşırıq"

30 Sentyabr 2016 17:12

Bəzi tibb işçiləri elə hesab edirlər ki, növbəti sertifikasiyadan 5 il tamam olduqdan sonra keçməlidirlər. Lakin bu, düzgün yanaşma deyil.

Su hövzəsində heyvan saxlayanlar xidmət haqqı ödəyəcəklər

30 Sentyabr 2016 17:05

Milli Məclisin payız sessiyasının ilk plenar iclasında "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycanda akvakultura (su hövzəsində heyvanların artırılması, onlara nəzarət və qulluq edilməsi) subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu alınacaq. Belə ki, qanuna əlavə edilən 18.69-cu maddəyə əsasən akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə 50 manat məbləğində dövlət rüsumu alınacaq. Qanun layihəsi səs qoyularaq qəbul edilib.

Bəzi qanunlarda dəyişiklik edilib

30 Sentyabr 2016 17:03

Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclasında bəzi qanunlara dəyişikliklə bağlı qanun layihələri müzakirəyə çıxarılıb. Bunlar "Mühasibat uçotu haqqında", "Poçt haqqında", "Reklam haqqında", "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələridir. Müzakirələrdən sonra qanun layihələri səs qoyularaq qəbul edilib.

Fransalı deputatlar Milli Məclisin iclasında iştirak ediblər

30 Sentyabr 2016 17:02

Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında Fransa parlamentində Azərbaycanın Dostları Assosiasiyasının üzvləri də iştirak ediblər. Fransalı deputatlar Azərbaycana səfərləri çəərçivəsində parlamentin spikeri Oqtay Əsədovla da görüşüblər.

Bəzi aviadaşıma xidmətləri rüsumdan azad olunacaq

30 Sentyabr 2016 17:01

Milli Məclisin payız sessiyasının ilk plenar iclasında "Aviasiya haqqında” qanunda dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. “Olaylar”xəbər verir ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, "Aviasiya haqqında” qanunda dəyişikliklər edilməsi haqqında" qanun layihəsində mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tələb olunan dövlət rüsumlarının sayı azaldılıb.

Nəqliyyat vasitələri yeni qaydada idarə olunacaq

30 Sentyabr 2016 17:00

Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki,  qanunda təklif olunan dəyişiklikliyə əsasən, “BE” kateqoriyasına aid nəqliyyat vasitələrinin idarəetmə hüququ 19 yaşdan hesablanmaq şərti ilə yanaşı, “B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübənin 1 ildən az olmamaq şərti ilə götürüləcək. “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda da 21 yaşdan yuxarı şərt ilə yanaşı, “C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübənin 3 ildən az olmamaq şərti əlavə edilir.

Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

30 Sentyabr 2016 16:57

01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilmişdir.