Əməliyyat-axtarış işçilərinə yeni səlahiyyətlər verilib

Azərbaycanda hakimin qərarı olmadan baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə yeni səlahiyyətlər verilib.

Azərbaycanda hakimin qərarı olmadan baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə yeni səlahiyyətlər verilib. Milli Məclisin iclasında bununla bağlı "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunun 10-cu maddəsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Layihəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxslərin yaxalanması üçün də binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə biləcəklər. Cinayət-Prosessual Məcəllədə də buna uyğunlaşdırılmış dəyişiklik də səsə qoyulmaqla, hər iki layihə qəbul olunub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31