Su hövzəsində heyvan saxlayanlar xidmət haqqı ödəyəcəklər
Milli Məclisin payız sessiyasının ilk plenar iclasında "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycanda akvakultura (su hövzəsində heyvanların artırılması, onlara nəzarət və qulluq edilməsi) subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu alınacaq. Belə ki, qanuna əlavə edilən 18.69-cu maddəyə əsasən akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə 50 manat məbləğində dövlət rüsumu alınacaq. Qanun layihəsi səs qoyularaq qəbul edilib.
30 Sentyabr 2016 17:05 SosialMilli Məclisin payız sessiyasının ilk plenar iclasında "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycanda akvakultura (su hövzəsində heyvanların artırılması, onlara nəzarət və qulluq edilməsi) subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu alınacaq. Belə ki, qanuna əlavə edilən 18.69-cu maddəyə əsasən akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə 50 manat məbləğində dövlət rüsumu alınacaq. Qanun layihəsi səs qoyularaq qəbul edilib.