Əhliman Əmiraslanov: “Azərbaycanda psixoloq azdır, onların yerini şarlatanlar tutub”

“Azərbaycanda professional psixoloqlar az olduğundan onların yerini bəzi ekstrasenslər, şarlatanlar, təsadüfi falçılar doldurur”. Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, əsl psixoloqlar olsa, insanların psixoloji durumunun yaxşılaşdırılması istiqamətində yardım edərlər. Ə. Əmiraslanov vurğulayıb ki, psixoloqların fəaliyyət dərəcəsi çox genişdir və onlar bütün müəssisələrdə fəaliyyət göstərməlidir: “Bunlar nəzərə alınaraq, “Psixoloji yardım haqqında” qanunun qəbulu nəzərdə tutulur. Təhsil, elm, idman və digər müəssisələrin psixoloqa ehtiyacı var. “Psixoloji yardım haqqında” qanun mütləq həyata keçirilməli və bütün müəssisələrdə psixoloqlar fəaliyyət göstərməlidir”.

"Azərbaycanda professional psixoloqlar az olduğundan onların yerini bəzi ekstrasenslər, şarlatanlar, təsadüfi falçılar doldurur". Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, əsl psixoloqlar olsa, insanların psixoloji durumunun yaxşılaşdırılması istiqamətində yardım edərlər. Ə. Əmiraslanov vurğulayıb ki, psixoloqların fəaliyyət dərəcəsi çox genişdir və onlar bütün müəssisələrdə fəaliyyət göstərməlidir: "Bunlar nəzərə alınaraq, "Psixoloji yardım haqqında" qanunun qəbulu nəzərdə tutulur. Təhsil, elm, idman və digər müəssisələrin psixoloqa ehtiyacı var. "Psixoloji yardım haqqında" qanun mütləq həyata keçirilməli və bütün müəssisələrdə psixoloqlar fəaliyyət göstərməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31