Ziyafət Əsgərov: “Poçt hardan bilər ki...”

Poçt haqqında” qanunun 3.0.2-1 maddəsi ləğv edilib. “Olaylar”ın xəbərinə görə, maddədə bildirilirdi ki, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarət edir.

Poçt haqqında" qanunun 3.0.2-1 maddəsi ləğv edilib. "Olaylar"ın xəbərinə görə, maddədə bildirilirdi ki, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələblərinə əməl edilməsinə nəzarət edir. Bundan sonra isə , poçt rabitəsi həmin tələblərin əməl edilməsinə nəzarət etməyəcək. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun sözlərinə görə, poçt hardan bilər ki, terrorçuluğun maliyyələşdirilməsi məqsədilə bu pul köçürülüb : "Ona görə də bunun ləğv etmək lazım idi. Bununla başqa aidiyyatı orqanlar məşğul olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31