Gündəm

Mətbuat Şurasında Şimali Kipr Türk Cümhuriyyətindən olan nümayəndələrlə görüş keçirilib

30 Sentyabr 2016 16:55

Azərbaycan Mətbuat Şurasında Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdə səfərdə olan nümayəndələri - Türk Birliyi Dərnəyinin sədri, professor Güvən Arıklı, Qlobal Media Qrupunun baş direktoru Tayfun Aydınlı, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri, Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu ilə görüş keçirilib.

Manaf Ağayev: "Adımı niyə Akif Çovdarovla hallandırırlar?!"

30 Sentyabr 2016 16:50

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş kimi tanınan "Real MTK"-nın təsisçisi və rəhbəri İlham Qasımovun məhkəməsinə Manaf Ağayevin çağırılacağı ilə bağlı yazılanlara müğənni cavab verib.  

Son 5 ildə Azərbaycanda sertifikasiyadan keçən həkimlərin sayı açıqlanıb

30 Sentyabr 2016 16:47

“Azərbaycanda tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. 2011-ci ilin yanvar ayından ali tibb mütəxəssislərinin, 2012-ci ildən isə orta tibb işçilərinin sertifikasiya prosesi aparılır”.

Elmira Süleymanova: “Milli azlıqların hüquqları hər zaman dövlətin nəzarətindədir”

30 Sentyabr 2016 16:44

“Dağlıq Qarabağ münaqişəsi səbəbi ilə qaçqın və məcburi köçkünlərə çevrilən bir milyondan çox azərbaycanlının insan hüquqları pozulub”.

Azərbaycan və İran gömrükçülərinin görüşü keçirilib

30 Sentyabr 2016 16:43

İran İslam Respublikasının Astara şəhərində İran İslam Respublikası və Azərbaycan Respublikası gömrük xidmətlərinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib. DGK-dan verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub.

Vergilər nazirliyinin səlahiyyəti artırıldı

30 Sentyabr 2016 16:38

Vergilər Nazirliyinə daha bir səlahiyyət verilir. “Olaylar”ın xəbərinə görə, Milli Məclisin payız sessiyasının iclasında parlementin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu haqda danışıb.

“Gülən kimdir, Heydər Əliyevi hakimiyyətə xalqın iradəsi gətirdi” – Aqil Ələsgər

30 Sentyabr 2016 16:33

Bu günlərdə Türkiyə mediasında Azərbaycanda FETÖ fəaliyyətlərinə diqqət yetirən məlumatlar artmaqdadır.

Keçmiş məhkum maşından oğurluq edib

30 Sentyabr 2016 16:13

Bakı şəhərində oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də Bakı şəhər sakini Səbuhi Nəsibova məxsus “Toyota” markalı avtomobildən sənəd və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Yavər Əliyev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olunduğu aşkar edilib. 

3986 ədəd çətənə kolu məhv edilin

30 Sentyabr 2016 16:12

Qax rayonunda xeyli sayda narkotik vasitə məhv edilib. DİN-dən verilən məlumata görə, Qax RPŞ əməkdaşları tərəfindən Lələli kəndi ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 2 ton 670 kiloqram olan 3986 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Nardaran sakininin həyətində silah-sursat aşkar edilib aşkar edilib

30 Sentyabr 2016 16:11

 Nardaran sakininin həyətində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini İmran Ağarəziyevin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı orada gizlədilmiş “AK-74” markalı silah, 2 ədəd patron darağı və 90 ədəd patron aşkar edilərək götürülüb.

Narkotik vasitəni kirayə qaldığı evdə gizlədib

30 Sentyabr 2016 16:10

Cəllabad şəhər sakinindən narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Toğrul Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış keçirilib. Baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb. Nardaran sakininin həyətində silah-sursat açkar edilib.

Yük maşınıda heroin aşkar edilib

30 Sentyabr 2016 16:07

 Abşeron polisi yük maşınında narkotik vasitə aşkar edib. DİN-dən verilən məəlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu ərazisində Gəncə şəhər sakini Mürsəl Rüstəmzadənin idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılmış və yük yerinə baxış keçirib. Baxış zamanı oradan 1 kiloqram 40 qram heroin aşkar edilərək götürülüb. M.Rüstəmzadə və sərnişini, həmyerlisi Elmir Sultanov tutulub.

Kolumbiya Azərbaycanı dəstəkləyir

30 Sentyabr 2016 16:00

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Kolumbiya Senatının vitse-prezidenti Daira de Yezus Galvis Mendesin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İlhamə Quliyevanın mətbuat katibi həbs oluna bilər

30 Sentyabr 2016 15:59

Mərhum xalq artisti İlhamə Quliyevanın prodüseri olmuş Faiq Ələkbərli həbs edilə bilər.

16 yaşlı məktəblini intihara aparan ŞOK SƏBƏBLƏR - Anası ölümündən hələ xəbərsizdir

30 Sentyabr 2016 15:54

"Yaxşı, sakit uşaq idi, amma çox dərdi vardı..."