Gündəm

Xırdalanda evləri su basdı - Sakinlər çətin vəziyyətə düşdülər

30 Sentyabr 2016 15:54

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinə və həyətyanı sahələrinə yağış suyu dolub.

Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasından bir il ötür

30 Sentyabr 2016 15:52

Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasından bir il ötür.

Əhliman Əmiraslanov: “Orqan toxumalarının klonlaşdırılması alınsa, transplantologiyanın problemi həll olunar”

30 Sentyabr 2016 15:50

“Dünyada insanların orqan toxumalarının klonlaşdırılması alınacaqsa, transplantologiyanın problemi birdəfəlik həll olunar”.

Jurnalistika ilə bağlı üçüncü panel öz işinə başlayıb

30 Sentyabr 2016 15:48

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AzərTAC-ın təşkilatçılığı ilə “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda Dəyirmi Masanın "Müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalsitikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu" adlı üçüncü panel öz işinə başlayıb. SİA-nın xəbərinə görə, panel AZƏRTAC-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidovun moderatorluğu ilə keçirilir.

Milli Məclis TANAP-la bağlı memorandumu təsdiqlədi

30 Sentyabr 2016 15:46

Milli Məclisin payız sessiyasının ilk iclasında "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Transanadolu təbii qaz sisteminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Parlament bir neçə sazişi təsdiqlədi

30 Sentyabr 2016 15:45

Milli Məclisin sentyabrın 30-da keçirilən payız sessiyasının ilk iclasında Azərbaycanın bir sıra hökumətlərlə bağladığı sazişlər təsdiqlənib.

“Mədəniyyət haqqında” qanun dəyişdirildi

30 Sentyabr 2016 15:43

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Mədəniyyət haqqında" qanunda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, layihədə qanunun 24-cü maddəsinin 4-cü bəndinin ləğv edilməsi təklif olunub. 4-cü bənddə qeyd olunub ki, yaradıcı şəxslərin peşəkar yaradıcılığının meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Qeyd edək ki, bu layihə Milli Məclisə Prezident İlham Əliyevin təqdimatı ilə daxil olub.

Şəhidlərin ruhuna göstərilən yüksək ehtiram

30 Sentyabr 2016 15:42

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması günümüzdə mühüm əhəmiyyət kəsb etdiyindən yerlərdə də bu istiqamətdə mühüm silsilə tədbirlər həyata keçirilir, mədəni kütləvi tədbirlər təşkil olunur. Bu mənada cəbhə xəttində yerləşən rayonların gəncləri də diqqətdən kənarda qalmır. Xüsusilə Qazax rayonunda müntəzəm olaraq gənclərin vətənpərvər ruhda tərbiyəsinə yönəlik tədbirlər təşkil olunur.

Milli Məclisin payız sessiyası öz işinə start verdi

30 Sentyabr 2016 15:40

Sentyabrın 30-da Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçirilib. İclas dövlət himninin səsləndirilməsilə öz işinə başlayıb. İcıası açan MM sədri Oqtay Əsədov bildirib ki, ölkəmizin həyatında mühüm dəyişiklik baş verib. Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendumda xalq öz dəstəyini nümayiş etdirib.

“Səmavi dinlərin tarixi” sərgisinin açılış mərasimi keçirilib

30 Sentyabr 2016 15:38

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda Muzey Mərkəzində “Səmavi dinlərin tarixi” layihəsinin ilk sərgisinin açılış mərasimi keçirilib.

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi təxirə salınıb

30 Sentyabr 2016 15:29

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə bu gün davam etdirilməli olan proses təxirə salınıb.

Əməyin mühafizəsinə həsr olunmuş seminar keçirilib

30 Sentyabr 2016 15:27

“Azneft” İstehsalat Birliyində “Davranış və Təhlükəsizliyin Müşahidə Sistemi” mövzusunda növbəti seminar keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Birliyin Baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov son illər əməyin mühafizəsi sahəsində görülmüş işlərdən, əldə olunmuş nailiyyətlərdən ətraflı danışıb.

Gədəbəyin daha iki kəndinə ilk dəfə təbii qaz verilib

30 Sentyabr 2016 15:22

Sentyabrın 30-da Gədəbəy rayonunun Çanakçı və Miskinli kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Bildirilib ki, ümumilikdə 885 abonenti olan Çanakçı və Miskinli kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 61149 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Gürcüstanda Roma Papasının səfərinə qarşı etiraz aksiyası

30 Sentyabr 2016 15:21

Roma Papası Fransiskin Gürcüstana səfəri başlayıb. Gürcüstan KİV-i xəbər verir ki, onu Tbilis beynəlxalq hava limanında ölkə prezidenti Giorgi Marqvelaşvili qarşılayıb.

"ANS-in Milli Televiziya və Radio Şurasına borcu qalıb"

30 Sentyabr 2016 15:18

ANS-in Milli Televiziya və Radio Şurasına müəyyən qədər borcu qalıb. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.