Milli Məclisin payız sessiyası öz işinə start verdi

Sentyabrın 30-da Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçirilib. İclas dövlət himninin səsləndirilməsilə öz işinə başlayıb. İcıası açan MM sədri Oqtay Əsədov bildirib ki, ölkəmizin həyatında mühüm dəyişiklik baş verib. Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendumda xalq öz dəstəyini nümayiş etdirib.

Oqtay Əsədov: "Ölkəmizin həyatında mühüm dəyişiklik baş verib"

Sentyabrın 30-da Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçirilib. İclas dövlət himninin səsləndirilməsilə öz işinə başlayıb. İcıası açan MM sədri Oqtay Əsədov bildirib ki, ölkəmizin həyatında mühüm dəyişiklik baş verib. Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendumda xalq öz dəstəyini nümayiş etdirib. O bildirib ki, ümumxalq səsverməsini yerli və beynəlxalq müşahidəçilər izləyiblər. O.Əsədov Avropa Parlamenti ilə Azərbaycanın münasibətlərinə də toxunub: "Ötən il Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. Bundan sonra Azərbaycan onlarla əməkdaşlığı dayandırdı. Münasibətlərin bərpa olunması üçün çox cəhdlər edilib. Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən onlara iradlarını bildirdi. Əməkdaşlıq bərpa olunacağı təqdirdə belə neqativ halların baş verməsi arzuolunan deyil". Sonra deputatlar cari məsələlərin müzakirəsini davam etdiriblər. Deputatı Məlahət İbrahimqızı internet üzərindən yayımlanan bəzi televiziyaların fəaliyyətini tənqid edib. O, konkret olaraq Meydan TV-nin adını çəkib, eyni zamanda facebook social şəbəkəsindəki "Sancaq" səhifəsini qeyd edib. Bildirib ki, onlar dövlət rəhbərinə qarşı qərəzli məlumatlar paylaşırlar: "Mən o yazıların hamısını "screen shot" etmişəm. İndi internet televiziyaları ilə bağlı qərar qəbul edə bilmirlər. Çünki qanunda bu məsələylə bağlı boşluq var. Payız sessiyasının gündəliyinə internet üzərindən yayımlanan televiziyaların tənzimlənməsi ilə bağlı qanun layihəsinin salınmasını təklif edirəm. Dünyanın heç bir yerində internet üzərindən dövlət başçısını belə təhqir etmirlər". Deputat Aslan Şahverdiyev təklif edib ki, ölkədə alternativ enerji haqqında qaunua ehtiyac var: "Neft tükənəndən sonra bizim də dövlətimiz alternativ enerji mənbələrindən istifadə edəcək. Ona görə də bununla bağlı qanunun qəbul edilməsini təklif edirəm". Vitse-spiker Valeh Ələsgərov deputat belə cavab verib: "Bir qanun qəbul etməmişdən öncə bir suala cavab vermək lazımdır: "Pulunu kim verəcək?" Vitse-spiker söyləyib ki, alternativ enerji daha baha başa gələcək: "Əhali artıq para verməyə hazırdırsa, belə bir qanun qəbul etmək olar. Amma yenə də bunun pulunu dövlət verəcəksə, şəxsən mən belə bir qanuna razı ola bilmərəm". Deputat Elmira Axundova deyib ki, 2015-ci ilin avqustundan 2016-cı ilin sentyabrına qədər nikahdan əvvəl tibbi müayinədən 186 min 564 nəfər keçib. Onlardan təqribən 9 min talassemiya, 695 siflis və 125 HİV-yoluxma xəstəliyinin daşıyıcılarıdır.Bu rəqəmlərdən aşağıdakı nəticələrə gəlmək olar: "Birincisi, belə bir şübhələr var idi ki, yeni evlənənlərin xahişi əsasında həkimlər təhlükəli məlumatı gizləyəcəklər. Görürük ki, həkimlər cütlükləri bir-birinin sağlıq vəziyyəti barədə məlumatlandırmaq üçün əllərindən gələni edirlər. Bundan əlavə, onlar bu xoşagəlməz məlumatı ictimailəşdirirlər ki, bizlər lazımi tədbirləri görə bilək. İkincisi, gənclərin sağlamlıq vəziyyəti ilə bağlı xüsusilə talassemiya və zöhrəvi xəstəliklər sahəsində xoşagəlməz mənzərə yaranıb. Vəziyyət hətta təsəvvür edə biləcəyimizdən də ciddidir. Bu mənzərənin yaranması ilə əlaqədar bir sıra təxirəsalınmaz tədbirlər görülməlidir. Mənim təkliflərim ondan ibarətdir ki, Qeydiyyat Şöbələrinə, yəni ZAQS-lara səlahiyyət verək ki, onlar gəncləri ixtisaslaşmış tibb müəssisələrinə məcburi müalicəyə göndərsinlər, zöhrəvi xəstəliklər olduqda isə xəstəlik tam sağalana qədər nikaha daxil olmağı qadağan etsinlər. SPİD və talassemiyaya gəldikdə isə xəstə uşaqların doğulması, digər tərəfin sifilisə yoluxması təhlükələri və bu xəstəliyin ağrıları barədə nikaha girənlər ətraflı xəbərdar edilməlidirlər. Əlbəttə, bütün cütlüklər öz seçimlərində sərbəstdirlər, amma mənim fikrimcə cütlüklərlə daha ixtisaslı və israrlı söhbət aparılmalıdır, lazımdısa bu söhbətlərə onların valideynlərini və həkimləri cəlb etmək gərəklidir. Başa düşmək lazımdı ki, söhbət gələcək nəsillərin sağlamlığından gedir, buna görə də lazımi tədbirlər nikaha girənə qədər görülməlidir, sadəcə bəy və gəlinin xəstəliyi faktını müəyyən etməklə kifayətlənmək olmaz. Əks halda bizdə xəstə əlil uşaqların sayı həndəsi silsilə üzrə artacaq". Milli Məclisin deputatı Gövhər Baxşəliyeva qeyd edib ki, son zamanlar ailədaxili münaqişələr dəhşətli cinayətlərlə nəticələnir: "Bu yaxınlarda biz Milli Məclisin keçmiş işçisi olan bir xanım haqqında belə məlumat oxuduq. Daha sonra bir qadının uşaqlarının atasını sifarişlə qətlə yetirməsi ilə bağlı məhkəmə prosesini izlədik. Bunlar dəhşətli faktlardır. Belə hallar bütün ölkələrdə baş verir. Necə olur ki, dünən nikah bağlayan bu gün barışmaz bir düşmənə çevrilir? Hətta o dərəcədə düşmən olublar ki, belə cinayətlərə əl atırlar. Ona görə də hesab edirəm ki, orta məktəblərdə ailə ilə bağlı etik məsələlərin tədrisi olmalıdır. Gənc yaşlarından məktəblilərə ailədaxili sivil münasibətləri aşılamaq lazımdır. Bəlkə, bununla bağlı proqramlara dərs salmaq da yaxşı olardı". Millət vəkili Fəzail Ağamalı sahibkarlara qarşı müdaxiləni aradan qaldırmağa çağırıb: "Sahibkarlara qarşı hər hansı müdaxilənin qarşısı alınsın. Bu məqsədlə də Cinayət Məcəlləsinə xüsusi maddə salınsın". Deputat xatırladıb ki, bu günlərdə Konstitusiyaya edilən dəyişikliklərdə də sahibkarların fəaliyyəti ilə bağlı məsələlər nəzərə alınıb: "Bu aspektdən yanaşdıqda da sahibkarların fəaliyyətinə daha geniş şərait yaratmaq lazımdır". Deputat Qüdrət Həsənquliyev isə xaricdə təhsil proqramının bərpa edilməsinin vacibliyində danışıb: "Biz 2016-cı ildə təhsil almaq üçün xaricə tələbə göndərə bilmədik. Amma Azərbaycana yüksək ixtisaslı kadrlar lazımdır". "Hesab edirəm ki, biz yeni bir qanun qəbul edərək, yaxın 10 il ərzində xaricə tələbələr göndərməliyik. Əvvəlki illərdən fərqli olaraq, bu yeni qanunla hərbi, müdafiə, hümanitar, hüquq və digər ixtisaslar üzrə gənclərin xaricdə təhsilini təmin etməliyik. Azərbaycanın yüksək ixtisaslı hümanitar və xüsusilə dünya dillərini bilən hüquqşünaslara ehtiyacı var. Hesab edirəm ki, parlamentin Elm və təhsil komitəsi tez bir zamanda bu barədə yeni bir qanun layihəsi hazırlamadlı və sənəd parlamentin payız sessiyasında qəbul edilməlidir. 2017-ci ildən xaricdə azərbaycanlı tələbələrin təhsilini bərpa etməliyik". Deputat, Mətbuat Şurasının sədri, Əflatun Amaşov deyib ki, hökumət yazılı mətbuata dəstək verir və bu dəstəyini KİV-in İnkişafına Dpvlət Dəstəyi Fondu (KİVDF) vasitəsi ilə həyata keçirir: "Amma bu gün cəmiyyətimizdə internet, onlayn media sürətlə inkişaf edir. İnternet mediasının cəmiyyətdə rolunun artmasına baxmayaraq, bu media resursları maliyyə çətinlikləri ilə üzləşir. Bu baxımdan internet medianın statusunu müəyyənləşdirərək, maliyyə dəstəyinin göstərilməsinə diqqət yetirmək lazımdır". Deputat sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə medianın reklam problemindən danışıb: "Bu gün ölkə mediasında reklamın azlığı mətbuatın çətin durumunu bir az da çətinləşdirir. Çünki medianın durumu reklamdan asılıdır. Media özünü reklamla yaşatmalıdır. Ancaq bu sahədə problemlər var. Reklam məsələsində balans qorunmalıdır. Çünki hökumət mediaya uzun müddət maliyyə dəstəyi göstərə bilməz. Mediada reklam bazarı inkişaf etdirilməli və buna şərait yaradılmalıdır". Ə. Amaşov "Diffamasiya haqqında" qanunun qəbulunu da təklif edib. Millət vəkili Aydın Mirzəzadə tələbələrin təhsil haqqında yaranan problemdən danışıb: "Bir müddət əvvəl Azərbaycanda Maarifçi Tələbə Kredit Fondu yaradıldı. Amma təəssüflər olsun ki, bu quruma 11 universitet üzv oldu. Bu da müəyyən problemlər yaradır". Onun sözlərinə görə, bu sahədə problemlər tam həllini tapmayıb: "Valideynlər narazılıq edirlər, universitetlərin bir hissəsi Maarifçi Tələbə Kredit Fonduna üzv olmayıb. Düşünürəm ki, tələbələrin bu problemi həll edilməlidir". Sonra millət vəkilləri gündəlikdə quran qanunların müzakirəsini davam etdiriblər. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31