Gündəm
Taksi fəaliyyəti üçün lisenziya alınmalıdırmı?
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin 2015-ci il 21 dekabr tarixli "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Fərmanına və "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli qanuna əsasən, taksi fəaliyyəti üçün lisenziya alınması tələbi ləğv olunub.
Azərbaycanla Bolqarıstan arasında enerji əməkdaşlığının inkişafı müzakirə edilib
Bolqarıstan energetika nazirinin müavini Jeçko Stankovun başçılıq etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan energetika nazirinin müavinləri Gülməmməd Cavadov və Natiq Abbasovun iştirakı ilə keçirilən görüşdə iki ölkə arasında enerji əməkdaşlığının inkişaf istiqamətləri müzakirə edilib. Bildirilib ki, Azərbaycan və Bolqarıstan arasında dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrində enerji amili prioritet kəsb edir.
Oleq Kuznetsov: "Rusiya və Azərbaycan eyni sivilizasiya məkanındadırlar"
"Rusiya və Azərbaycan yaxın ölkələr kimi eyni sivilizasiya məkanındadırlar. Ona görə də slavyan-türk kökləri bu sivilizasiyanın əsasını təşkil edir. Bu məkanın hər birinin öz seqmenti var". SİA-nın məlumatına görə, bunu bu gün "Mədəniyyətlərarası dialoq Rusiya və Azərbaycan xalqlarının sivilizasiya əməkdaşlığının təməli kimi" mövzusunda çıxışı zamanı Rusiyanın "Uşaqlar üçün aviasiya" Dünya Xeyriyyə Fondunun Hüquqi təminat şöbəsinin müdir müavini Oleq Kuznetsov deyib.
"Miqrantlar arasında qızlar daha çox diskriminasiyaya məruz qalır"
Dialoqdan imtina insan dəyərlərinə, gələcəyə də yox deməkdir. Ona görə də hər zaman dialoqa üstünlük verməliyik. SİA-nın məlumatına görə, bunu beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi" mövzusunda dəyirmi masada Bolqarıstanın vitse-prezidenti Marqarita Popova deyib. O bildirib ki, bu gün dünyanın ədalətə, daha dolğun bir həyata ehtiyacı var: "Mənəviyyat həmişə qalib gəlib və biz riyakarlıqdan uzaq olub, mənəvi dəyərləri dəstəkləməliyik. Öz gələcəyimizi özümüz qurmalıyıq".
Sabiq prezident: "Media multikulturalizmi təbliğ etməlidir"
"Media olmadan müharibə və sülh mümkün deyil". SİA-nın xəbərinə görə, bunu Xorvatiya Respublikasının sabiq prezidenti Ivo Yosipoviç V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində həyata keçirilən "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda Dəyirmi Masada çıxışı zamanı deyib.
Slovakiyalı jurnalist: "Məlumat dənizində bata bilərik"
"Bu gün jurnalistika artıq birtərəfli küçə deyil. Xəbərlər təkcə bir auditoriya tərəfindən hazırlanır. Burada digər tərəf də var. Biz hər iki tərəflə dialoqlarımızı davam etdirməliyik". SİA-nın xəbərinə görə, bunu slovakiyalı jurnalist, "International Habitat for Humanity" təşkilatının əməkdaşı Yekaterina Bezgaçina forum çərçivəsində keçirilən paneldə çıxış edərkən deyib.
Annamaria Kossiqa: "Dünya Azərbaycanın təcrübəsindən faydalanmalıdır"
"Bizdə böyük problemlər var. Bunun da bir növü anti-islamçılardır". SİA-nın məlumatına görə, bunu bu gün İtaliya Link Kampus və Markoni Telematika Universitetinin professoru Annamaria Kossiqa Bakı Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
Rodolfo Pousa: "Dialoqlar sülhün bərqərar olunmasında vacibdir"
Bu gün V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AzərTAC-ın təşkilatçılığı ilə “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda Dəyirmi Masanın "Mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolu" adlı ikinci paneli keçirilir. Panel ABŞ-ın Market Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzinin moderatorluğu ilə keçirilir.
Əli Kərimli lideri Fətullah Gülənin hansı tövsiyəsini icra edir? SİYASİ ARAŞDIRMA
"FETÖ"nün Azərbaycandakı baş imamı "təqiyyə" tapşırığını yerinə yetirməklə, ictimai rəyin diqqətini üzərindən kənarlaşdırmağa çalışır
İsrailin sabiq prezidenti Şimon Pereslə vida mərasimi keçirilir
Qüds şəhərində İsrailin sabiq prezidenti Şimon Pereslə vida mərasimi keçirilir.
Azərbaycan XİN: Münaqişənin həllinin siyasi-hüquqi əsasları BMT qətnamələri və Helsinki Yekun Aktıdır
“Ermənistan tərəfindən işğala məruz qalan dövlət kimi, münaqişənin tezliklə həllində ən maraqlı tərəf məhz Azərbaycan Respublikasıdır”.
Parlamentdə elektron mediaya maliyyə dəstəyi göstərilməsi məsələsi qaldırılıb
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında elektron mediaya maliyyə dəstəyi göstərilməsi barədə təklif səslənib.
MTRŞ "Space" radiosunun fəaliyyətini bir günlük dayandırmasına aydınlıq gətirib
"Space" radiokompaniyasının ötən gün fəaliyyət göstərməməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə borcu ilə əlaqədar olub.
Ukraynada azərbaycanlılara qarşı "soyqırım" gedir
Ukraynada azərbaycanlılara qarşı "soyqırım" gedir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri facebook statusunda Rusiyadakı Azərbaycan diasporunun fəallarından olan ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili yazıb.
“Uşaq Hüquqları Məktəbi “ –nə start verildi
Gənclər üçün Təhsil Mərkəzi –nin Qarabağ regional ofisi əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və məktəbəqədər təhsil sisteminə dəstək məqsədilə Ağcabədi rayonunda “Uşaq Hüquqları Məktəbi “ layihəsinin icrasına başlayıb.














