MTRŞ "Space" radiosunun fəaliyyətini bir günlük dayandırmasına aydınlıq gətirib

"Space" radiokompaniyasının ötən gün fəaliyyət göstərməməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə borcu ilə əlaqədar olub.

"Space" radiokompaniyasının ötən gün fəaliyyət göstərməməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə borcu ilə əlaqədar olub.

Bu barədə APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Radionun artıq fəaliyyətini bərpa etdiyini deyən N. Məhərrəmli deyib ki, bu, İstehsalat Birliyi ilə "Space" radiokampaniyası arasında olan texniki məsələdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31