“Uşaq Hüquqları Məktəbi “ –nə start verildi

Gənclər üçün Təhsil Mərkəzi –nin  Qarabağ regional ofisi əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və  məktəbəqədər təhsil sisteminə dəstək məqsədilə Ağcabədi rayonunda “Uşaq Hüquqları Məktəbi “ layihəsinin icrasına  başlayıb.

Gənclər üçün Təhsil Mərkəzi -nin  Qarabağ regional ofisi əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və  məktəbəqədər təhsil sisteminə dəstək məqsədilə Ağcabədi rayonunda "Uşaq Hüquqları Məktəbi " layihəsinin icrasına  başlayıb. Mərkəzdən "OLAYLAR"-a bildirilib ki, üç ay davam edəcək  layihənin əsas məqsədi əlilliyi olan uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.  Layihə çərçivəsində BMT tərəfindən  qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasına  uyğun olaraq onların inkişaf və müdafiə hüquqları təlimlərin əsas mövzu  bazasını təşkil edəcək.Bununla yanaşı  uşaqlar üçün vahid təhsil sisteminin  ilkin pilləsi olan məktəbəqədər tədris metodikası  tətbiq olunaraq , onların intellektual,fiziki və psixoloji inkişafına şərait yaradacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31