Ukraynada azərbaycanlılara qarşı "soyqırım" gedir

Ukraynada azərbaycanlılara qarşı "soyqırım" gedir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri facebook statusunda  Rusiyadakı Azərbaycan diasporunun fəallarından olan ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili yazıb.

Ukraynada azərbaycanlılara qarşı "soyqırım" gedir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri facebook statusunda  Rusiyadakı Azərbaycan diasporunun fəallarından olan ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili yazıb. O,  Ukranya hakimiyyətini sərt tənqid edib: ".Ukrayna dogurdan da Azərbaycanın 1991-1992 ci illərini xatırladır.  Özbaşınallq və xaos ölkəni bürüyüb.  Bu vandalizimin səbəbkarı Avropa, ABŞ olduğu qədər də Ukraynanın indiki hakimiyyəti və Ukrayna daxili işlər naziri Avakovdur". Toğrul Allahverdili qeyd edib ki, bu ölkədə azərbaycanlılara qarşı  "soyqrım" gedir və hər gün azərbaycanlıların öldürüldüyü, hücuma məruz qaldığı, oğurlandığı haqqında xəbərlər yayılır: "Etiraf edim ki yetərincə savadlı və guclu diasporamız var. Onlar bu məsələlərə qarşı mubarizə aparırlar. Ancaq effekt yoxdur. Təklif edirəm ki,  dünya azərbaycanlıları olaraq həmyerlilərimizin hüquqlarını qorumaq üçün səsimizi ucaldaq və Ukranya hakimiyyətindən azərbaycanlılara qarşı vandalizmə son qoyulmasını, bu işlərin səbəbkarlarının tapılıb cəzalandırılmasını tələb edək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31