Əməyin mühafizəsinə həsr olunmuş seminar keçirilib

“Azneft” İstehsalat Birliyində “Davranış və Təhlükəsizliyin Müşahidə Sistemi” mövzusunda növbəti seminar keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Birliyin Baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov son illər əməyin mühafizəsi sahəsində görülmüş işlərdən, əldə olunmuş nailiyyətlərdən ətraflı danışıb.

"Azneft" İstehsalat Birliyində "Davranış və Təhlükəsizliyin Müşahidə Sistemi" mövzusunda növbəti seminar keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Birliyin Baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov son illər əməyin mühafizəsi sahəsində görülmüş işlərdən, əldə olunmuş nailiyyətlərdən ətraflı danışıb. O, 2011-ci ildən Birliyinin bütün struktur təşkilatlarında Davranış və Təhlükəsizliyin Müşahidə Sisteminin tətbiq olunduğunu bildirib.  Əməyin mühafizəsi istiqamətində görülən işlərə hər kəsin cəlb edilməsi, baş verə biləcək qəzaların və bədbəxt hadisələrin qarşısının alınması üçün bu sistemin tətbiqinin vacibliyi diqqətə çatdırılmış, sistemin təkmilləşdirilməsinin, maarifləndirmə işlərinin artırılmasının əhəmiyyəti vurğulanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31