Milli Məclis TANAP-la bağlı memorandumu təsdiqlədi
Milli Məclisin payız sessiyasının ilk iclasında "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Transanadolu təbii qaz sisteminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
30 Sentyabr 2016 15:46 SosialMilli Məclisin payız sessiyasının ilk iclasında "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Transanadolu təbii qaz sisteminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin vitse-spikeri Valeh Ələsgrov bildirib ki, Türkiyə tərəfi memorandumu zəruri dövlət prosedurlarından keçirib və təsdiq edib. V.Ələsgərov vurğulayıb ki, memorandumun Azərbaycan tərəfindən də təsdiq edilməsi TANAP layihəsinə çox dəyərli bir dəstək olacaq. Anlaşma Memorandumu Milli Məclis tərəfindən təsdiq olunub.