“Mədəniyyət haqqında” qanun dəyişdirildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Mədəniyyət haqqında" qanunda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, layihədə qanunun 24-cü maddəsinin 4-cü bəndinin ləğv edilməsi təklif olunub. 4-cü bənddə qeyd olunub ki, yaradıcı şəxslərin peşəkar yaradıcılığının meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Qeyd edək ki, bu layihə Milli Məclisə Prezident İlham Əliyevin təqdimatı ilə daxil olub.
30 Sentyabr 2016 15:43 SosialMilli Məclisin bu gün keçirilən plenar iclasında "Mədəniyyət haqqında" qanunda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, layihədə qanunun 24-cü maddəsinin 4-cü bəndinin ləğv edilməsi təklif olunub. 4-cü bənddə qeyd olunub ki, yaradıcı şəxslərin peşəkar yaradıcılığının meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Qeyd edək ki, bu layihə Milli Məclisə Prezident İlham Əliyevin təqdimatı ilə daxil olub.