Kolumbiya Azərbaycanı dəstəkləyir
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Kolumbiya Senatının vitse-prezidenti Daira de Yezus Galvis Mendesin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
30 Sentyabr 2016 16:00 SosialMilli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Kolumbiya Senatının vitse-prezidenti Daira de Yezus Galvis Mendesin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən verilən məlumata görə, Ziyafət Əsgərov qeyd edib ki, iki ölkə arasında iqtisadi münasibətləri daha da inkişaf etdirmək və ticarət dövriyyəsini artırmaq üçün potensial kifayət qədərdir. Söhbət zamanı Ziyafət Əsgərov qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə məlumat verib. Kolumbiya Senatının vitse-prezidenti Daira de Yezus Galvis Mendes öz növbəsində ölkəsinin V Beynəlxalq Humanitar Foruma dəvət olunmasına görə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, Kolumbiyada Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdırlar, Azərbaycanı yaxşı başa düşürlər və onunla həmrəydirlər. Çünki Kolumbiya da münaqişələrdən və məcburi köçkün problemindən çox əziyyət çəkmiş ölkədir. Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparılıb.