Bəzi aviadaşıma xidmətləri rüsumdan azad olunacaq
Milli Məclisin payız sessiyasının ilk plenar iclasında "Aviasiya haqqında” qanunda dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. “Olaylar”xəbər verir ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, "Aviasiya haqqında” qanunda dəyişikliklər edilməsi haqqında" qanun layihəsində mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tələb olunan dövlət rüsumlarının sayı azaldılıb.
30 Sentyabr 2016 17:01 SosialMilli Məclisin payız sessiyasının ilk plenar iclasında "Aviasiya haqqında" qanunda dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. "Olaylar"xəbər verir ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, "Aviasiya haqqında" qanunda dəyişikliklər edilməsi haqqında" qanun layihəsində mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tələb olunan dövlət rüsumlarının sayı azaldılıb. Belə ki, qanuna təklif edilən dəyişikliklərdə İATA-nın "Mülki Aviasiya rüsumu" ekonom sinif, eləcə də İATA-nın "Mülki Aviasiya rüsumu" biznes və birinci sinif xidmətlərinə görə dövlət rüsumu ləğv edilib. Bu qanuna dəyişiklik layihəsi "Dövlət rüsumu haqqında" qanununda da dəyişiklik edilməsini zəruri edib. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsində İATA-nın "Mülki Aviasiya rüsumu" ekonom sinif, eləcə də İATA-nın "Mülki Aviasiya rüsumu" biznes və birinci sinif xidmətlərinə görə müəyyən olunan dövlət rüsumumun dərəcələri də ləğv edilib. İndiyədək İATA-nın "Mülki Aviasiya rüsumu" ekonom sinif xidmətinə görə 1 avro, biznes və birinci sinif xidmətlərinə görə isə 3 avro rüsum alınırdı. Qanun layihələri səsə qoyularaq qəbul edilib.