Deputat: “Sürücülərin işinə ciddi nəzarət olunmalıdır”

“D və E kateqoriyalı sürücülərin ən azı 3 il təcrübəsi olmaldır. Qanunda da bu yaş həddi 23 olaraq göstərilib. Biz bu yaşdan 3 il təcrübəni də çıxsaq belə çıxır ki, sürücü 17-18 yaşından işləməyə başlamaldır.

"D və E kateqoriyalı sürücülərin ən azı 3 il təcrübəsi olmaldır. Qanunda da bu yaş həddi 23 olaraq göstərilib. Biz bu yaşdan 3 il təcrübəni də çıxsaq belə çıxır ki, sürücü 17-18 yaşından işləməyə başlamaldır. Bu isə mümkün deyil". Bunu deyən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun sözlərinə görə, nəqliyyatda sürücülərin işinə ciddi nəzarət olunmalıdır: "Bu gün Avropada sərnişindaşımaya xüsusi yanaşma mövcuddur. Bizdə də belə olmalıdır. İctimai nəqliyyatın tənzimlənməsi bu gün ölkəmizdə çox pis vəziyyətdədir. Bunu mütləq yoluna qoymaq lazımdır. Bizim yanaşmamız ondan ibarətdir ki, lisenziyaları və sürücülük vəsiqələrini verərkən ilk növbədə insaların peşəkarlığı nəzərə alınmalıdır. Hesab edirəm ki, yaşla bağlı məsələyə daha ciddi və dəqiq baxmalıyıq. Əgər bu gün yol polisləri nəqliyyata, metroların üstündə avtobuslara nəzarət etməsələr avtobuslar elə yerindəcə qalarlar. Yağış da, qar da bütün dünyada yağır və təbii hadisələrdir. Sadəcə olaraq biz yağışlı və qarlı havada risklərin qarşısını almağa çalışrıq. Biz əgər bu gün təhlükəsizlik və insan həyatını önəmli hesab ediriksə, ilk növbədə sürücünün iş yerini yox, onun peşəkarlığını fikirləşməliyik".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31