Deputatlar rayon maşınlarının Bakıya buraxılmamasına etiraz etdilər
Milli Məclin payız sessiyasının ilk iclasında deputat Tahir Kərimli rayon qeydiyyatında olan minik avtomobillərinin paytaxt Bakıya buraxılmamasına etiraz edib. “Olaylar” xəbər verir ki, vətəndaşların Konstitusiya hüquqlarının pozulması kimi qiymətləndirib: “İnsanlar rayonlardan Bakıya gəlirlər... xəstə oldu-olmadı adamlar yolda dayandırılır, maşınlardan düşürülürlər, sonra da başqa maşınla Bakıya gəlirlər. Bununla da icra orqanının qərarı ilə Konstitusiya məhdudlaşdırılır”. Deputat bildirib ki, ölkədə qanunların icrasına nəzarət olunmalıdır: “Ona görə də təklif edirəm ki ölkə miqyaslı qanunların icrasına nəzarət orqanı yaradılsın”.
30 Sentyabr 2016 17:17 SosialMilli Məclin payız sessiyasının ilk iclasında deputat Tahir Kərimli rayon qeydiyyatında olan minik avtomobillərinin paytaxt Bakıya buraxılmamasına etiraz edib. "Olaylar" xəbər verir ki, vətəndaşların Konstitusiya hüquqlarının pozulması kimi qiymətləndirib:
"İnsanlar rayonlardan Bakıya gəlirlər... xəstə oldu-olmadı adamlar yolda dayandırılır, maşınlardan düşürülürlər, sonra da başqa maşınla Bakıya gəlirlər. Bununla da icra orqanının qərarı ilə Konstitusiya məhdudlaşdırılır". Deputat bildirib ki, ölkədə qanunların icrasına nəzarət olunmalıdır: "Ona görə də təklif edirəm ki ölkə miqyaslı qanunların icrasına nəzarət orqanı yaradılsın".