Gündəm
İsrail Türkiyəyə yeni səfir göndərəcək
İsrail Xarici İşlər Nazirliyinin rəhbərliyi 27 oktyabrda Türkiyəyə göndərəcəyi səfirin təsdiq ediləcəyi xəbəri gəlib. Alınan xəbərə görə Təyin Komissiyasının sədri Dori Qold ayın 27-də iclas çağıraraq yeni təyin ediləcək səfirin adını bəyan edəcək. Mütəxəssislərin fikrinə görə, bu olay Türkiyə ilə İsrail arasında münasibətlərin bərpa edilişində son həlqə olaraq qəbul edilə bilər. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Vanda iki terrorçu öldürüldü
Bu səhər Van Baş Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları şəhəri İpəkyolu rayonunda uğurlu əməliyyat keçiriblər. Bir qrup terrorçunun böyük bir terror aksiyası hazırladığını öyrənən polis Van İpəkyol rayonunun HacıBəkir məhəlləsindəki Güllük küçəsində yerləşən bir ünvanda əməliyyat keçirib. Polis tərəfindən mühasirəyə alınan terrorçular hüquq-mühafizə əməkdaşlarına atəş açıblar. Polis ilə terrorçular arasında baş vermiş silahlı qarşıdurma nəticəsində iki terrorçu öldürülüb. Onların gizləndiyi evdən çoxlu sayda silah sursat və partlayıcı maddə tapılıb. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Qəhrəmanımız İbad Hüseynlinin Türkiyənin prezidenti Ərdoğanla 5-ci görüşü...
Həyat çox keşməkeşlidi... Uşaqlıqdan Brüs Linin fanatı olaraq idmanla məşgul olub dünya çempionu olacam deyəndə, düşünmürdü ki, məşqlərlə deyil, həyat mübarizəsi, gerçək acılarla göstərəcək idmançı məharətini, 1990 ci illərdə hərbi xidmətdə olarkən Rusiyanın Amur vilayətində Rus generallarına etiraz edəndə də , düşünmurdü ki, qarşıda onu ölümlə üzləşdirən Qarabag müharibəsi gözləyir.
Türkiyə Ukrayna ilə hərbi əməkdaşlıq edəcək
Türkiyə Anka Texnik Universiteti ilə Ukrayna Xarkov Politexnik İnstitutu arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bu əməkdaşlıq nəticəsində ən az zaman içərisində Türkiyə öz imkanları ilə tank və helikopter mühərrikləri istehsal edə biləcək və ölkənin xaricdən olan texnik asılılığına son veriləcək. Saziş ötən axşam İstanbulda imzalanıb. İki təhsil müəssisəsi arasında texniki və elmi mübadiləsi aparılacaq birgə layihə və istehsalat sahələri hazırlanacaq. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Erməni lobbisinin maliyyəsi qarşısında acız qalan Amerika
Cari ilin aprel ayında cəbhə xəttində baş verən məlum hadisələr, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatlar keçirərək uzun illər işğal altında olan bir neçə yüksəkliyi azad etməsi Ermənistandan daha çox erməni sevgisi ilə yaşayan ayrı-ayrı dövlətləri bərk narahat etməyə başladı. Hərbi əməliyyatların daha bir neçə gün davam edəcəyi təqdirdə Ermənistanın bir dövlət kimi yox ola biləcəyini görən həmin dairələr dərhal hərəkətə keçərək atəşkəs rejiminə nail olmağı bacardılar. Prosesi hərbi məcradan diplomatik istiqamətə yönəldən Qərbdəki və Avropadakı ermənipərəsət qüvvələr “Qarabağa tezliklə sülh gələcək” vədi ilə yenidən imitasiya xarakterli danışıqlar prosesinə başladılar. Keçən 6 ay ərzində bir-birinə ötür-ötür oyunu ilə problemin həllinə nail ola bilməyən ATƏT-in Minsk qrupu və onun həmsədr ölkələrinin əslində çalışdıqları status-kvonun saxlanması idi. Hələlik vasitəçi dövlətlərin buna nail olduğunu söyləyə bilərik.
Hillari Klinton erməni əsilli teleulduz haqda
ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd olan Hillari Klinton məşhur teleulduz Kim Kardaşyanın soyğuna məruz qalmasını şərh edib.
"Con Kerri bu cür bəyanat səsləndirməklə ermənilərə sədaqətini nümayiş etdirdi"
"Con Kerri bu cür bəyanat səsləndirməklə bir daha ermənilərə sədaqətini ünmayiş etdirdi".
Masallı rayonunda SYSLAB Təlim-Tədris Mərkəzinin və Qadın Resurs Mərkəzinin açılışı olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT İnkişaf Proqramı ilə əməkdaşlığı çərçivəsində Masallı rayonunda SYSLAB Təlim-Tədris Mərkəzinin və Qadın Resurs Mərkəzinin açılışı olub.
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Telman Xudaverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Sosial şəbəkələrdə vətəndaşların şərəf və ləyaqəti alçaldılır
Oktyabrın 6-da Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət İbrahimqızının təşkilatçılığı ilə dövlət atributlarına, milli-mənəvi dəyərlərə, türk və islam mənəviyyatına və əxlaqına zidd olan təhqiramiz yazı və verilişlərin yayımlanmasına etiraz olaraq mətbuat konfransı keçirilib.
Soyqunçuluqla məşğul olan “polislər” tutuldu
Oktyabrın 4-də Şəki rayonunun Aşağı Göynük kəndində rayon sakini Sərvan Rəsulova məxsus mağazaya gələrək özlərini polis əməkdaşı kimi təqdim edən 3 nəfər ona məxsus “VAZ-21099” markalı avtomobili aparıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Hüseyn Hüseynov və Rəfayel Qoçayev tutulub, digər şəxs isə müəyyən edilib. Avtomobil sahibinə qaytarılıb.Araşdırmalar zamanı cari il sentyabrın 14-də H.Hüseynovun soyğunçuluq yolu ilə Sərvandan 192 manat, habelə 2015-ci ilin iyul ayında H.Hüseynovun və S.Məhərrəmovanın Sərvanın qardaşı Sərxandan 50 manat və 20 litr benzin almaları da müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. Şəki ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Külli miqdarda rus rublu aşkar edilib
Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttindən istifadə etməklə Rusiya Federesiyasına səyahət edən Azərbaycan Respublikası vətəndaşının əl yükünə rentgen cihazı vasitəsilə baxış keçirilib. DGK-dan verilən məlumata görə, yoxlama zamanı 2 ədəd polietilen bağlamadan əvvəlcədən gömrük orqanına bəyan olunmayan 225 ədəd 5000-lik, 615 ədəd 1000-lik və 520 ədəd 500-lük əskinaslar olmaqla ümumilikdə 2 milyon rus rublu aşkar edilərək götürülüb.
BMT Baş katibinin müavini Dövlət Gömrük Komitəsinə təşəkkür məktubu ünvanlayıb
BMT Baş katibinin müavini, qurumun Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov məktubda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan səmərəli mübarizə tədbirlərinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təşəkkürünü ifadə edib.
Almaniya Budestağının deputatları MM-də olublar
Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Aleksandr Ulriçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər. Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Xanlar Fətiyev bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə gözəl münasibətlər mövcuddur. Biz parlamentlər səviyyəsində də sıx əməkdaşlıq edirik.
Deputatlarımız Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər
Milli Məclisin bir qrup deputatı cari ilin oktyabr ayının 8-də Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Tbilisiyə səfər edəcək.MM-dən verilən məlumata görə, millət vəkilləri Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının, Əli Məsimli GUAM Parlament Assambleyasının müşahidəçilər qrupunun tərkibində, Əflatun Amaşov və Hikmət Məmmədov ölkəmizi təmsil edən nümayəndə heyətinin xətti ilə seçki prosesini izləyəcəklər. Deputatlarımız müxtəlif seçki məntəqələrində olacaq, səsvermənin gedişinə, vətəndaşların fəallığına diqqət yetirəcəklər. Səfər oktyabrın 10-da başa çatacaq.














