Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Telman Xudaverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
6 Oktyabr 2016 14:50 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Telman Xudaverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Report bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Telman Xudaverdiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) cəza tətbiq edilib. 3 il sınaq müddəti olaraq məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, 6 vətəndaşa qarşı dələduzluq əməli törədən T.Xudaverdiyev Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31