Almaniya Budestağının deputatları MM-də olublar
Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Aleksandr Ulriçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər. Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Xanlar Fətiyev bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə gözəl münasibətlər mövcuddur. Biz parlamentlər səviyyəsində də sıx əməkdaşlıq edirik.
6 Oktyabr 2016 14:40 SiyasətMilli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Aleksandr Ulriçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər. Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Xanlar Fətiyev bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə gözəl münasibətlər mövcuddur. Biz parlamentlər səviyyəsində də sıx əməkdaşlıq edirik.
Almaniya Bundestaqının deputatı Aleksandr Ulriç səfərin Beynəlxalq parlament təqaüdü (İPS) proqramı ilə əlaqədar olduğunu bildirib. Almaniyalı deputat hər iki ölkənin parlamentləri arasında, xüsusilə dostluq qrupları çərçivəsində sıx əlaqələrin olduğunu söyləyib. O, Azərbaycanın Almaniya üçün enerji sahəsində vacib tərəfdaş olduğunu deyib. Aleksandr Ulriç Azərbaycanda müxtəlif dini icmaların qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərməsini xüsusi vurğulayaraq, bunun digər ölkələr üçün gözəl nümunə olduğunu söyləyib. Dostluq qrupunun üzvü Asim Mollazadə qeyd edib ki, Bundestaqın təcrübəsinin öyrənilməsi, Almaniya siyasi sistemi ilə tanışlıq gənclərimiz üçün müsbət haldır. O, Almaniyanın ölkəmizdə peşə təhsili islahatları ilə bağlı gördüyü işləri də təqdir edib. Hər iki ölkənin universitetləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin önəmli olduğunu deyib. Görüşdə iştirak edən Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab İPS proqramı, habelə, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi barədə öz fikirlərini açıqlayıb.