Soyqunçuluqla məşğul olan “polislər” tutuldu

Oktyabrın 4-də Şəki rayonunun Aşağı Göynük kəndində rayon sakini Sərvan Rəsulova məxsus mağazaya gələrək özlərini polis əməkdaşı kimi təqdim edən 3 nəfər ona məxsus “VAZ-21099” markalı avtomobili aparıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Hüseyn Hüseynov və Rəfayel Qoçayev tutulub, digər şəxs isə müəyyən edilib. Avtomobil sahibinə qaytarılıb.Araşdırmalar zamanı cari il sentyabrın 14-də H.Hüseynovun soyğunçuluq yolu ilə Sərvandan 192 manat, habelə 2015-ci ilin iyul ayında H.Hüseynovun və S.Məhərrəmovanın Sərvanın qardaşı Sərxandan 50 manat və 20 litr benzin almaları da müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.  Şəki ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Oktyabrın 4-də Şəki rayonunun Aşağı Göynük kəndində rayon sakini Sərvan Rəsulova məxsus mağazaya gələrək özlərini polis əməkdaşı kimi təqdim edən 3 nəfər ona məxsus "VAZ-21099" markalı avtomobili aparıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Hüseyn Hüseynov və Rəfayel Qoçayev tutulub, digər şəxs isə müəyyən edilib. Avtomobil sahibinə qaytarılıb.Araşdırmalar zamanı cari il sentyabrın 14-də H.Hüseynovun soyğunçuluq yolu ilə Sərvandan 192 manat, habelə 2015-ci ilin iyul ayında H.Hüseynovun və S.Məhərrəmovanın Sərvanın qardaşı Sərxandan 50 manat və 20 litr benzin almaları da müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. 
Şəki ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31