Erməni lobbisinin maliyyəsi qarşısında acız qalan Amerika
Cari ilin aprel ayında cəbhə xəttində baş verən məlum hadisələr, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatlar keçirərək uzun illər işğal altında olan bir neçə yüksəkliyi azad etməsi Ermənistandan daha çox erməni sevgisi ilə yaşayan ayrı-ayrı dövlətləri bərk narahat etməyə başladı. Hərbi əməliyyatların daha bir neçə gün davam edəcəyi təqdirdə Ermənistanın bir dövlət kimi yox ola biləcəyini görən həmin dairələr dərhal hərəkətə keçərək atəşkəs rejiminə nail olmağı bacardılar. Prosesi hərbi məcradan diplomatik istiqamətə yönəldən Qərbdəki və Avropadakı ermənipərəsət qüvvələr “Qarabağa tezliklə sülh gələcək” vədi ilə yenidən imitasiya xarakterli danışıqlar prosesinə başladılar. Keçən 6 ay ərzində bir-birinə ötür-ötür oyunu ilə problemin həllinə nail ola bilməyən ATƏT-in Minsk qrupu və onun həmsədr ölkələrinin əslində çalışdıqları status-kvonun saxlanması idi. Hələlik vasitəçi dövlətlərin buna nail olduğunu söyləyə bilərik.
6 Oktyabr 2016 15:00 SiyasətCari ilin aprel ayında cəbhə xəttində baş verən məlum hadisələr, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatlar keçirərək uzun illər işğal altında olan bir neçə yüksəkliyi azad etməsi Ermənistandan daha çox erməni sevgisi ilə yaşayan ayrı-ayrı dövlətləri bərk narahat etməyə başladı. Hərbi əməliyyatların daha bir neçə gün davam edəcəyi təqdirdə Ermənistanın bir dövlət kimi yox ola biləcəyini görən həmin dairələr dərhal hərəkətə keçərək atəşkəs rejiminə nail olmağı bacardılar. Prosesi hərbi məcradan diplomatik istiqamətə yönəldən Qərbdəki və Avropadakı ermənipərəsət qüvvələr "Qarabağa tezliklə sülh gələcək" vədi ilə yenidən imitasiya xarakterli danışıqlar prosesinə başladılar. Keçən 6 ay ərzində bir-birinə ötür-ötür oyunu ilə problemin həllinə nail ola bilməyən ATƏT-in Minsk qrupu və onun həmsədr ölkələrinin əslində çalışdıqları status-kvonun saxlanması idi. Hələlik vasitəçi dövlətlərin buna nail olduğunu söyləyə bilərik.
Ermənistanı növbbəti dəfə məhv olmaqdan xilas edərək imitasiya xarakterli danışıqlar təşkil edən həmsədr ölkələr indi isə Dağlıq Qarabağ münaqişəsini tamamilə dondurulmuş vəziyyətə salmaq istəyirlər. Hər halda siyasi karyerası boyunca erməniıərin maraqlarına xidmət edən Con Kerrinin Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi son açıqlama belə deməyə əsas verir. Bu günlərdə mətbuata açıqlama verən Birləşmiş Ştatların dövlət katibi (Con Kerri həm də son on ildə Amerikanın ən bacarıqsız dövlət katibi kimi xarakterizə edilib. S.İ) Con Kerri bildirib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil: "Bu gün bir sıra dondurulmuş münaqişələr, o cümlədən Qarabağ münaqişəsi var ki, onların hazırda nizamlanma mümkünlüyü nəzərdən keçirilmir. İlk öncə ona görə ki, liderlər buna hazır deyillər".
Birləşmiş Ştatların dövlət katibinin ortaya qoyduğu mövqe Kerrinin bir daha ermənipərəsət mövqedə olduğunu sübuta yetirib. Məlumat üçün qeyd edək ki, Con Kerri 1983-cü ildə antitürk mövqeyi ilə tanınan Massaçusetis ştatının Maykl Duqaqsinin köməkçisi olub. Senator olduğu vaxtlarda isə Birləşmiş Ştatlar Konqresində qondarma erməni soyqırımının tanınması barədə qətnamə hazırlayıb. 1992-ci ildə o, erməni lobbisinin təşəbbüsü ilə Birləşmiş Ştatlar Konqresi tərəfindən "Azadlığa dəstək aktı"na qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını qadağan edən "907-ci düzəliş"in müəlliflərindən olub. Kerri 2004-CÜ İLDƏ Birləşmiş Ştatlarda prezidentliyə namizəd olanda qondarma erməni soyqırımını tanıyacağını vəd edib. 2005-ci ildə isə Con Kerri Birləşmiş Ştatlar prezidenti Corc Buşdan qondarma erməni soyqırımını tanımağı tələb edib. Ona görə də Kerridən başqa hansısa mövqe gözləmək də yersizdir. ABŞ dövlət katibinin fikirləri həmçinin dünyaya ağalıq etmək istəyən Vaşinqtonun da əslində erməni lobbisi və bu lobbinin pulları qarşısında acizliyinin göstəricisidir.
Həmçinin Kerrinin Dağlıq Qarabağ problemi ilə bağlı ortaya qoyduğu erməni maraqlarına xidmət edən mövqe Birləşmiş Ştatları ikili standartlarla çıxış etdiyini təsdiqlədi. Heç şübhəsiz ki, bu yanaşma da Azərbaycan cəmiyyəti tərəfindən kəskin etirazla qarşılanır.
Millət vəkili Elman Nəsirovun sözlərinə görə, Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağ probleminin həllinə hazır olmamaları barədə açıqlaması təssüf doğurur. Elman Nasirov deyir ki, ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkənin yüksək rütbəli rəsmisinin belə bir ifadə işlətməsi Dağlıq Qarabağ probleminin həllinə olan biganəliyin göstəricisidir: "Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin məlum fikri rəsmi Vaşinqtonun Dağlıq Qarabağ probleminin həllində öz üzərinə götürdüyü missiya ilə ziddiyyət təşkil edir". Elman Nəsirov onu da diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi heç bir halda dondurulmuş münaqişə ola bilməz. Millət vəkilinin sözlərinə görə, bu yalnız kimlərinsə arzusu ola bilər: "Dağlıq Qarabağ münaqişəsi heç bir halda dondurulmuş münaqişə ola bilməz. Əgər buna kiminsə şübhəsi varsa, hesab edirəm ki, çox böyük səhvə yol verirlər. Ən azı aprel döyüşləri göstərdi ki, istənilən halda bu münaqişə müharibəyə çevrilə bilər. Əgər bu gün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri və ya onun yüksək səiyyəli rəsmisi deyirsə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları yoxdur, bu o deməkdir ki, münaqişənin həlli missiyasını həmin tərəf Azərbaycan və Ermənistanın üzərinə atır". Elman Nəsirovun sözlərinə görə, Azərbaycan və Ermənistan tərəfi özü Dağlıq Qarabağ problemini həll edəcəkdisə, o halda 1992-ci ildən davam edən vasitəçilik missiyası kimə lazım idi?. Yəni bu müddət ərzində bu qədər səfərlər, keçirilən görüşlər və aparılan tıəmaslardan sonra Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin "münaqişənin həlli mümkün deyil" kimi açıqlama verməsi maraqlı bir sual yaradır. Bəs onda bu illər ərzində ATƏT-in Minsk qrupuna nə ehtiyac vardı və həmsədrlik institutu nə üçün fəaliyyət göstərirdi?". Elman Nəsirov hesab edir ki, siyasi karyerasını başa vurmaq üzrə olan Con Kerri artıq gələcəyi haqqında düşünməyə başlayır: "Yəni dövlət katibi postundan gedəndən sonra hansı hesabla, necə yaşayacaq. Görünür yenə də Con Kerri ənənəsinə sadiq qalaraq ermənipərəsət qüvvələrin yanında yer almaq istəyir". Millət vəkili deyir ki, əslində Con Kerri bu açıqlaması ilə Birləşmiş Ştatların ikili standartlardan çıxış etdiyini bir daha sübuta yetirir: "Təssüflər olsun ki, hələ də dünya ikili standartlarla idarə olunur"
Süleyman İsmayılbəyli