Gündəm
Səidlə Xədicənin toyuna 1 milyard avro xərclədi, indi biznesini satır...
Banklardan, topdansatış tərəvəz bazalarından, otellərdən, prodüser mərkəzlərindən və neft buruqlarından ibarət qəribə konqlomerat yaratmış, Azərbaycanda da neft yataqlarına sahib olan milyarder Mixail Qutseriyev ətrafında müəmmalı hadisələr baş verir.
Yeni baş nazir Aqanbekyanı niyə çağırdı?
Aqanbekyanın "məsləhəti" ilə Sərkisyan və Köçəryan kimi separatçılar işğala baş vurmasaydılar, Ermənistan Azərbaycanla normal qonşuluq münasibətlərinə çalışsaydı, Ermənistan indiki qədər ağır vəziyyətə sürüklənməzdi. Dağıdıcı yolu seçdilər, bu da nəticəsi.
İran və Vyetnam vizasız rejimə keçdi
İran və Vyetnam iki ölkə arasında qarşılıqlı viza rejiminin ləğv edilməsi barədə saziş imzalayıblar. Trend-in məlumatına görə, bu barədə İran prezidentinin rəsmi saytı məlumat yayıb.
Deputat: Con Kerri bu cür bəyanat səsləndirməklə ermənilərə sədaqətini nümayiş etdirdi
“Con Kerri bu cür bəyanat səsləndirməklə bir daha ermənilərə sədaqətini ünmayiş etdirdi”. Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər" açıqlamasına münasibət bildirərkən deyib.
Erməni silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb
Erməni hərbi birləşmələri işğal altındakı Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb.
"Qəbələ"nin uğuru UEFA-nın diqqətini çəkdi
"Qəbələ"nin Azərbaycan Premyer Liqasındakı uğurlu çıxışı UEFA-nın diqqətini cəlb edib. Qol.az xəbər verir ki, qurumun Facebook-dakı Avropa Liqası rəsmi səhifəsi belə bir paylaşım edib:
FİFA prezidenti: "Heç kimi aldatmıram, heç nə oğurlamıram"
FİFA prezidenti Canni İnfantino ona qarşı ünvanlanan korrupsiya ittihamını rədd edib. Goal.az xəbər verir ki, italiyalı funksioner qurumda belə hallara yol verməyəcəyini açıqlayıb.
ABŞ İraqda yeni hərbi baza yaradır
ABŞ İraqın Mosul şəhərini İŞİD-çilərdən azad etmək üçün Başika şəhərində hərbi baza yaradacaq. Azvision.az bildirir ki, bu barədə "Miliyyet" qəzeti yazıb. Qeyd olunub ki, hərbi baza türk hərbçilərin iraqlı həmkarlarına təlim keçdiyi ərazinin yanında salınacaq: "Amerikalı hərbçilər yeni hərbi bazaya oktyabr ayının 10-da gətiriləcək". "Yeni Şafak" qəzeti isə İraqda olan kürd mənbələrinə istinadən bildirir ki, 22 nəfərdən ibarət amerikalı mütəxəssislər artıq İraqa gəlib. Onlar əraziyə baxış keçirib və müvafiq qərar qəbul edib.
Beren Saatdan fanatlarına MÜJDƏ
Türkiyənin məşhur aktrisası Beren Saat ekranlardan uzaq qalması ilə bağlı yayılan xəbərlərlə bağlı müxbirlərə açıqlama verib.
Ekspert: ""İsgəndər"lərdən istifadə Ermənistanın məğlubiyyəti ilə yekunlaşacaq"
İrəvanda paradda nümayiş etdirilən "İsgəndər-E" raket kompleksləri yaxın hərəkət məsafəli raketləri olan modifikasiyadır. Trend bildirir ki, bunu Bakıda jurnalistlərə rusiyalı hərbi ekspert Oleq Kuznetsov deyib.
Yeni il bayramında neçə gün iş olmayacaq? - AÇIQLANDI
Azərbaycanda Yeni il bayramında 5 gün qeyri-iş günü olacaq. Report bildirir ki, 2016-cı ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar qeyri-iş günüdür.
PKK-nın partlatmaq istədiyi obyektlər arasında Azərbaycan şirkəti də var
PKK terror təşkilatının SOCAR-ın Türkiyədəki müəssisəsində partlayış törətmək planının olduğu üzə çıxıb. APA bildirir ki, belə bir planın olduğu İzmir polisinin həyata keçirdiyi əməliyyat zamanı yaxalanan terrorçunun ifadəsi zamanı ortaya çıxıb.
Yaqub Mahmudov: “Keşikçidağ” Azərbaycan torpağıdır
“Keşikçidağ” Azərbaycan torpağıdır və bu gün də Azərbaycan ərazisindədir. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov oktyabrın 5-də keçirilən Elmi Şuranın iclasında çıxışı zamanı deyib.
Sarkisyan yeni biznesə girişib
Dünyanın bir çox ölkələrində insan orqanlarının transplantasiyası ilə məşğul olan transmilli təşkilatların mövcudluğum sirr deyil. Hətta başında hərbi-siyasi rejimin durduğu ölkələrdə bu məqsədlər üçün yaradılmış gizli laboratoriyaların da olduğu yayılan məlumatlar sırasındadır. Onu da qeyd edək ki, belə hallar daha çox hərbi xuntanın hökm sürdüyü ölkələrdə müşahidə olunur. Belə ölkələrdən biri də Ermənistan dövlətidir ki, mütəmadi olaraq onun qanunsuz silah və insan alveri, qaçaqmalçılıq, narkotik maddələrin istehsalı və satışı kimi qanunsuz əməlləri barədə məlumatlar yayılıb. Məsələ orasındadır ki, bu ölkədə dünyada mövcud olan bütün qanunsuz əməllər dövlət səviyyəsində aparılır.
Binəqədi-Novxanı-Corat yolu tikilir
Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Binəqədi-Novxanı-Corat avtomobil yolunun uzunluğu 14 km, mövcud eni isə 7-9 metr arası dəyişir.














