Binəqədi-Novxanı-Corat yolu tikilir

Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Binəqədi-Novxanı-Corat avtomobil yolunun uzunluğu 14 km, mövcud eni isə 7-9 metr arası dəyişir.

Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq "Azəravtoyol" ASC tərəfindən müvafiq işlərə başlanılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Binəqədi-Novxanı-Corat avtomobil yolunun uzunluğu 14 km, mövcud eni isə 7-9 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilərək 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə piyada səkilərinin tikintisi və yol boyu yeni səki daşlarının düzülməsi nəzərdə tutulub. Tikintisi layihəsi çərçivəsində hazırda yol boyu maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması, səkilərin tikintisi və yol boyu yeni səki dalaşlarının düzülməsi işləri həyata keçirilir. Daha sonra zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılacaq və genişləndirilmiş ərazilərə də daxil olmaqla karbonat materialı tökülərək yenidən kipləşdirilərək yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətiriləcək. Ümumilikdə yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Bundan başqa kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi borunun quraşdırılması və 1.1 km uzunluğunda yeni işıqlandırma sisteminin qurulması işlərinin də aparılması nəzərdə tutulub. Layihə üzrə avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31