Sarkisyan yeni biznesə girişib

Dünyanın bir çox ölkələrində insan orqanlarının transplantasiyası ilə məşğul olan transmilli təşkilatların mövcudluğum sirr deyil. Hətta başında hərbi-siyasi rejimin durduğu ölkələrdə bu məqsədlər üçün yaradılmış gizli laboratoriyaların da olduğu yayılan məlumatlar sırasındadır. Onu da qeyd edək ki, belə hallar daha çox hərbi xuntanın hökm sürdüyü ölkələrdə müşahidə olunur. Belə ölkələrdən biri də Ermənistan dövlətidir ki, mütəmadi olaraq onun qanunsuz silah və insan alveri, qaçaqmalçılıq, narkotik maddələrin istehsalı və satışı kimi qanunsuz əməlləri barədə məlumatlar yayılıb. Məsələ orasındadır ki, bu ölkədə dünyada mövcud olan bütün qanunsuz əməllər dövlət səviyyəsində aparılır.

Prezident öz əsgərlərinin daxili orqanlarını satır
 

Dünyanın bir çox ölkələrində insan orqanlarının transplantasiyası ilə məşğul olan transmilli təşkilatların mövcudluğum sirr deyil. Hətta başında hərbi-siyasi rejimin durduğu ölkələrdə bu məqsədlər üçün yaradılmış gizli laboratoriyaların da olduğu yayılan məlumatlar sırasındadır. Onu da qeyd edək ki, belə hallar daha çox hərbi xuntanın hökm sürdüyü ölkələrdə müşahidə olunur. Belə ölkələrdən biri də Ermənistan dövlətidir ki, mütəmadi olaraq onun qanunsuz silah və insan alveri, qaçaqmalçılıq, narkotik maddələrin istehsalı və satışı kimi qanunsuz əməlləri barədə məlumatlar yayılıb. Məsələ orasındadır ki, bu ölkədə dünyada mövcud olan bütün qanunsuz əməllər dövlət səviyyəsində aparılır. Söz yox ki, mütəşşəkkil səviyyədə həyata keçirilən bu əməllər Ermənistan prezidenti Sarkisyan və onun ətrafının gəlir mənbəyinə çevrilib. Daha dəqiq, Sarkisyan öz biznesini Ermənistan dövləti və xalqı üzərində qurub. Əldə edilən çirkin pulların "ləzzəti" o dərəcədə güclü olub ki, artıq bu ölknin dövlət başçısı əsgərlərin daxili orqanlarının satışına girişib. Yayılan məlumata görə, Ermənistan silahlı qüvvələrinin əsgəri Artur Kazaryan 2010-cu il dekabrın 16-da Dağlıq Qarabağda, Hadrut rayonundakı 38401 saylı hərbi hissədə ölüb. Onu ölmüş vəziyyətdə Yerevandakı baş hərbi hospitala gətiriblər və anası İrina Kazaryana deyiblər ki, guya onun oğlu beynində qəfildən əmələ gələn şişdən ölüb. Sonradan məlum olub ki, Kazaryanla birlikdə həmin hərbi hissədən hospitala daha 8 əsgərin meyidi gətirilib. Kazaryanın ölüm faktı ilə bağlı guya istintaq aparan müstəntiq Sedrak Kazaryan 2011-ci ildə cinayət tərkibi olmadığını əsas gətirərək işin bağlanması haqda qərar qəbul edib. Kazaryanın anası deyir ki, oğlunun meyidini yarmış ekspert Şota Vardanyan Arturun beynində heç bir şişin olmadığını bildirib və əlavə edib ki, onun boynunun arxasında küt alətlə yetirilən xəsarətin izi və yarası olub, hansı ki, beyinə qanaxmaya və sonda ölümə gətirib. İrina Kazaryan deyir ki, o bunu dəqiqləşdirəndən sonra Ermənistan prezidentinə və baş prokuroruna, eləcə də İstintaq Komitəsinin başçısına təkrar istintaqın aparılması üçün müraciət edib. Ancaq onun bütün müraciətləri bu günədək cavabsız qalıb. Kazaryanın anasının sözlərinə görə, vəziyyət hətta o yerə çatıb ki, həmin hadisə ilə bağlı bütün xəbərlər və xatırlatmalar sosial şəbəkələrdən və KİV-dən yığışdırılıb. İrina Kazaryan sonradan ekspertdən onu da öyrənib ki, onun oğlunun bədənində boynunun arxasında ölümünə səbəb olan yaradan başqa digər xəsarətlər də olub. Belə ki, onun əl barmaqları sındırılıbmış. Ən dəhşətlisi isə odur ki, daxili orqanlarının bir neçəsi götürülübmüş.

Ermənistan ordusuna qeyri-insani rəftar 

Məlumat üçün qeyd edək ki, Ermənistan ordusunda əsgər ölünü ilə bağlı dəfələrlə dəhşətli faktlar aşkar edilib. Məsələn, bir müddət öncə Ermənistan ordusunda yayılmış vərəm xəstəliyi nəticəsində çoxlu sayda əsgər və zabit dünyasını dəyişmişdi. Orduda hərbçilər arasında ağır nəticələri olan vərəm xəstəliyinin yayıldığı nəzərə alınaraq, eləcə də dərmanların çatışmazlığı ucbatından yaralılar və vərəm xəstələri üçün xüsusi səhra hospitalı yaradılmışdı. Lakin, Erməni rəsmiləri döyüşlərdə həlak olan hərbçilər kimi xəstəlikdən də dünyasını dəyişən əsgərlərin sayını gizlədir. Bi isə o deməkdir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi təkcə xalqına yalan danışmaqla məşğul deyil, həm də xalqın genosidini məhv etməklə məşğuldur. Ermənistanda dövlət tərəfindən orduya göstərilən münasibətin nəticəsdir ki, erməni ordusunda intizamsızlıq baş alıb gedir. Elə ona görə də Ermənistan ordusunu fərarilik bürüyüb, gənclər ordudan yayınmaq məqsədilə xarici ölkələrə üz tutmalı olurlar. Xatırladaq ki, bir müddət öncə biz tərəfə keçən erməni hərbçisi Andranik Qriqoryan da məhz bu səbəblərdən döyüş mövqeyini atıb qaçmışdı. Onun səngər yoldaşları öz həmkəndliləri olduğu üçün ona atəş açmamışdılar. Daha acınacaqlı hal ondan ibarətdir ki, bu ölkənin Müdafiə Nazirliyi günahı özündə axtarmaq əvəzinə əsgərlərin valideyinlərini ittiham edir. Guya orduda fərariliyin, özabaşnalığın və ən nəhayət xəstəliyin hökm sürməsinə valideyinlər şərait yaradır. 

Azərbaycan ordusuna diqqət və qayğı artırılır

Azərbaycanda isə orduya münasibətdə tamamilə bunun əksini müşahidə etmək mümkündür. Belə ki, orduda fərarilik və digər cinayətlərin sayı minimuma endirilib. Son illər ərzində demək olar ki, əsgər və zabitlər arasında insan tələfatı ilə müşahidə olunan xəstəlik qeydə alınmayıb. Əksinə, hərbçilərin müalicəsi və müayinəsini təmin edəcək hərbi qospitallar açılıb ki, həmin səhiyyə ocağı ən müasir tibbi avadanlıqla təmin olunub. Hazırda Azərbaycan ordusunda dərman çatışmazlığı problemi yox dərəcəsindədir. Azərbaycan dövlətinin orduya göstərdiyi qayğını təsdiq etmək üçün qoşunların təmas xəttində Azərbaycan və Ermənistan dövlətlərinin öz əsgər və zabitləri üçün yaratdıqları şəraiti müqayisə etmək kifayətdir. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən bütün mövqelərində şəxsi heyət üçün hər cür şərait yaradılıb. Hələ əsgər və zabitlərin sosial-məşət problemlərinin həlli istiqamətində görülən işlərdən danışmırıq. Çünki, görülən işlər saymaqla bitməz. Bu isə o deməkdir ki, aclıq, səfalət, qeyri-insani şəraitdə yaşayan Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisəyə gəlməz dərəcədədir. Çünki, Azərbaycanda ordiya qayğı prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsi nəzarəti altındadır. Ermənistan prezidenti isə orduya qayğı və diqqət artırmaq əvəzinə əsgərlərin daxili orqanlarını satmaqla məşğuldur. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31