Gündəm

Rəsulzadə bələdiyyəsi müəllimləri mükafatlandırıb

6 Oktyabr 2016 13:47

M.Ə.Rəsulzadə bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə “Müəllimlər günü” münasibətilə qəsəbə ərazisində fəaliyyət göstərən, ömrünün 41 ilini bu şərəfli peşəyə həsr etmiş və 65 yaşını bu il tamamlayan, 100 saylı məktəbin müəlliməsi Məhbubə Quliyeva, eləcə də 143 saylı məktəbin təqaüdçü müəllimələri Qənirə Orucova və Tahirə Məmmədova ilə görüşlər keçirilİB. “OLAYLAR”-ın xəbərinə grə, görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə bələdiyəsinin sədr müavini Leyli Tahirova, Yerli Sosial məsələlər daimi komissiyasının sədri Günel Vahabzadə, M.Ə.Rəsulzadə bələdiyyəsi Gənclər birliyinin sədri Ayla İbrahimova və bələdiyyə üzvləri iştirak edib, Müəllimləri təbrik edərək mükafat təqdim ediblər.

Türk qırıcıları Ermənistana girdi – İrəvan panikada

6 Oktyabr 2016 13:28

Ötən gün Türkiyəyə məxsus üç hərbi təyyarə Ermənistanın hava məkanına daxil olub. Azvision.az bildirir ki, qırıcılar Ermənistan - Türkiyə sərhədi boyu bir neçə uçuş həyata keçirib.

Hülyanın keçmiş əri: "İnşallah, həyatına başqa kişi daxil olar"

6 Oktyabr 2016 13:25

Türkiyənin məşhur müğənnisi Hülya Avşarın keçmiş əri Kaya Çilingiroğlu maqazin jurnalistlərinə açıqlama verib.

Prezident İlham Əliyev və xanımı Xətai rayonunda yeni yaradılan park kompleksinin açılışında iştirak ediblər

6 Oktyabr 2016 13:24

Oktyabrın 6-da Bakının Xətai rayonunda yeni yaradılan "Sevirəm" park kompleksinin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər.

“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna təklif edilən dəyişikliklər nə vəd edir?

6 Oktyabr 2016 13:18

Artıq parlamentin payız sessiyasına start verilib. Qanunverici orqanın payız sessiyası müddətində məhsuldar işləyəcəyi, bir sıra qanunlar qəbul edəcəyi, eləcə də bir sıra qanun layihələrinə müasir dövrün tələblərinə uyğun olaraq dəyişikliklər edəcəyi nəzərdə tutulur. Milli Məclisin müzakirəsinə təqdim edilən əhəmiyyətli qanun layihələrindən biri də “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliklərdir. Bu Qanun layihəsi korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmalarla bağlı məlumat vermə mexanizmini və belə məlumatları verən şəxslərin dövlət müdafiəsini müəyyən edir.

Gürcüstanda keçiriləcək parlament seçkilərində soydaşlarımızdan kim şanslıdır?

6 Oktyabr 2016 13:16

Məlum olduğu kimi oktyabrın 8-də Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərdə mübarizə aparacaq namizədlər arasında bu ölkədə yaşayan azərbaycanlılar da var. Etiraf etmək lazımdır ki, əvvəlki seçkilərdən fərqli olaraq bu dəfəki seçkilərdə Gürcüstan azərbaycanlıları daha aktivdirlər və soydaşlarımız Gürcüstanın həm iqtidar, həm də müxalifət partiyalarının sıralarından deputatlığa namizəd göstərilib.

Vüqar Rəhimzadə: Bu cür “bəyanatlar” Azərbaycanı haqq yolundan döndərə bilməz

6 Oktyabr 2016 13:15

Artıq uzun illərdir ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində cidd-cəhdlə çalışır, problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, eyni zamanda sülh yolu ilə həlli üzrə bütün təklifləri nəzərdən keçirir, danışıqlara hazır olduğunu bəyan edir.

Tütünçülüyü niyə inkişaf etdirə bilmirik?

6 Oktyabr 2016 13:13

Dünya bazarında neftin qiymətinin düşməsi bir sıra ölkələrin iqtisadiyyatına ciddi zərbə vurub. Məsələ orasındadır ki, bəzi ölkələr iqtisadiyyatın dayanıqlığını təmin etmək məqsədilə müxtəlif antiböhran tədbirlərinə əl atsalar da nəticə əldə olunmayıb. Yaranmış vəziyyəti nəzərə alan Azərbaycan da şaxələndirilmiş iqtisadi siyasətə üstünlük verir.

Ermənistandakı kadr dəyişiklikləri nəyə hesablanıb?

6 Oktyabr 2016 13:12

Son günlər Ermənistanda iqtisadi və hərbi sahədə həyata keçirilən kadr islahatları diqqətdən kənarda qalmayıb. Təkcə Ermənistan cəmiyyəti deyil, eləcə də xarici aləm prezident Serj Sərkisyanın həyata keçirdiyi kadr islahatları ilə nəyə nail olmaq istədiyinini müəyyənləşdirməyə çalışır. Birmənalı olaraq qeyd edilən isə ondan ibarətdir ki, Ermənistan prezidenti kadr islahatları ilə baş qatmağa, gərgin sosial problemlər girdabında boğulan cəmiyyəti ümidləndirməyə çalışır. Paralel olaraq hərbi sahədə həyata keçirilən islahatlar isə aprel döyüşlərindən sonra orduda yaranmış ruh düşkünlüyünü artırmağa yönəlib.

Erməni Kardaşyanın qarəti oyun idi? - SENSASİYALI İDDİA

6 Oktyabr 2016 13:07

ABŞ-ın ən məşhur realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra məşhurlaşmış erməni Kim Kardaşyanın şəxsi cangüdəni, alman Paskal Duvye sosial şəbəkələrdəki akkauntlarına "əl gəzdirib".

Radikal qüvvələrin qarşısının alınmasında birgə mübarizənin yolları müzakirə edilib

6 Oktyabr 2016 13:03

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Kürdəmir şəhərində “Din adı, pərdəsi altında ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına çalışan radikal qüvvələrin qarşısının alınmasında birgə mübarizənin vacibliyi” mövzusunda tədbir keçirilib.

Sosial problemlər həllini tapır

6 Oktyabr 2016 13:00

“Respublikamızda aparılan iqtisadi-sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Hökumətin qəbul etdiyi bütün qərarlar konkret olaraq cəmiyyətin iqtisadi sifarişlərini özündə əks etdirir, xalqın sosial qayğılarının təmin olunmasına əhatəli şəkildə baza yaradır”.

Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirir

6 Oktyabr 2016 12:58

Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir! Bildiririk ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

UNEC-də Tərcümə Mərkəzi yaradılıb

6 Oktyabr 2016 12:53

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tərcümə Mərkəzi yaradılıb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, mərkəz dünyanın aparıcı universitetlərində tədris edilən müvafiq iqtisadi dərslik və dərs vəsaitlərinin ingilis, fransız, alman və rus dillərindən Azərbaycan dilinə tərcüməsini təmin edəcək.

Rusiya mətbuatı Azərbaycanın turizm imkanlarından yazdı

6 Oktyabr 2016 12:50

Mədəniyyət və Turizm Nazirliyinin Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti tərəfindən “Moskovskiy komsomoleç” (Московский комсомолец) qəzetində ölkəmizin turizm imkanlarından bəhs edən geniş məqalə dərc edilib.