Rusiya mətbuatı Azərbaycanın turizm imkanlarından yazdı

Mədəniyyət və Turizm Nazirliyinin Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti tərəfindən “Moskovskiy komsomoleç” (Московский комсомолец) qəzetində ölkəmizin turizm imkanlarından bəhs edən geniş məqalə dərc edilib.

Mədəniyyət və Turizm Nazirliyinin Rusiyadakı turizm nümayəndəliyi olan "Tour A Vent" şirkəti tərəfindən "Moskovskiy komsomoleç" (Московский комсомолец) qəzetində ölkəmizin turizm imkanlarından bəhs edən geniş məqalə dərc edilib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "Odlar ölkəsi - Şərqlə Qərbin görüşdüyü məkan" başlığı ilə dərc edilən yazının müəllifi Camiliya Qolubiçkaya Azərbaycanın turizm potensialını məharətlə işıqlandırıb. "Müasir turizmdə Fransa və İtaliyanı qabaqlayan igid ölkə" yarımbaşlığı ilə ilə çap edilən məqalədə Azərbaycanın tarixi , memarlıq nümunələri, mədəni-maddi irsi haqqında geniş məlumat verilərək qeyd edilir ki, xoşməramlı və qonaqpərvər ölkə hər zaman öz milli ənənələri ilə seçilib. Multikultural dəyərləri özündə yaşadan Azərbaycan bütün dinlərə hörmətlə yanaşır və eyni zamanda ultramüasirliyi ilə seçilir. Məqalədə paytaxt Bakının turizm imkanları, Gəncə, Şahdağ Turizm Mərkəzi, Qəbələ, Şəki və digər bölgələrin turizm mənzərəsi geniş şəkildə təhlil edilir, istirahət etmək üçün əlverişli tərəfləri incəliklə diqqətə çatdırılır. Heydər Əliyev Mərkəzi, İçərişəhər, Naftalan müalicəvi kurortu, Nizami məqbərəsi, Şahdağ Turizm Mərkəzinin dağ-xizək kurortları və həmçinin yay mövsümü ərzində turizm imkanları, Qusarın əsrarəngiz gözəlliyi rəssam fırçasının yaratdığı möcüzəli tablo şəklində oxuculara təsvir edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31