UNEC-də Tərcümə Mərkəzi yaradılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tərcümə Mərkəzi yaradılıb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, mərkəz dünyanın aparıcı universitetlərində tədris edilən müvafiq iqtisadi dərslik və dərs vəsaitlərinin ingilis, fransız, alman və rus dillərindən Azərbaycan dilinə tərcüməsini təmin edəcək.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tərcümə Mərkəzi yaradılıb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, mərkəz dünyanın aparıcı universitetlərində tədris edilən müvafiq iqtisadi dərslik və dərs vəsaitlərinin ingilis, fransız, alman və rus dillərindən Azərbaycan dilinə tərcüməsini təmin edəcək. Eyni zamanda həmin vəsaitlərin dərc olunması, müəllim və tələbələrin yeni iqtisadi ədəbiyyatlarla təmin edilməsi işini də mərkəz həyata keçirəcək. Həmçinin ingilis-azərbaycan, fransız-azərbaycan, rus-azərbaycan, alman-azərbaycan dillərində iqtisadi lüğətlər tərtib edərək UNEC-in kitab fondunu zənginləşdirəcək. Tərcümə Mərkəzində universitet əməkdaşları və tələbələr üçün xarici dil kursları, "Conversation club"lar fəaliyyət göstərəcək. UNEC Tərcümə Mərkəzində tərcümə sahəsinə aid müxtəlif konfransların keçirilməsi, fəaliyyət istiqamətinə uyğun rəy vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyatı qurumları ilə əməkdaşlıq etmək, fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübələri öyrənmək də nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31