Gündəm

Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdəndir

6 Oktyabr 2016 12:48

Cenevrədə səfərdə olan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb.

Ermənistanın "İsgəndər" raketləri aprel döyüşlərində hazır imiş...

6 Oktyabr 2016 12:43

Ermənistanda daha bir mənbə "İsgəndər" operativ-taktiki raket komplekslərinin Rusiyadan yeni deyil, daha əvvəldən alındığını təsdiqləyib.

"Kerri hər zaman qatı ermənipərəst mövqedə olub" RƏY

6 Oktyabr 2016 12:40

"Con Kerri hər zaman qatı ermənipərəst mövqedə olub". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Con Kerri barədə faktlar heç də əsassız görünmür ANALİZ

6 Oktyabr 2016 12:37

Sirr deyil ki, Amerika Birləşmiş Ştatları (ABŞ) müasir dünya nizamında öz siyasi və iqtisadi çəkisinə, hərbi qüdrətinə görə aparıcı rola malikdir. Belə ki, bu dövlətin oynadığı rol həm də ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı (TŞ) yeri, NATO-nun aparıcı qüvvəsi olması, eləcə də ATƏT-dəki çəkisi, digər beynəlxalq təşkilatlara təsir imkanları ilə təsbit olunur. Nəticə etibarilə, ABŞ-ın mövcud statusu beynəlxalq hüququn təmin olunması məsələsində onun üzərinə xüsusi məsuliyyət və dünya ictimaiyyəti qarşısında çoxsaylı öhdəliklər qoyur.

MTRŞ: Rəqəmli yayıma keçidlə bağlı yeni dekoderlər sifariş edilib

6 Oktyabr 2016 12:34

“Rəqəmli TV yayımını izləmək üçün dekoderlər HD formatını dəstəkləməlidir, əks halda HD formatlı TV proqramlarını izləmək mümkün olmayacaq” Bakı. Fərid Mirzəyev – APA. “Hazırda “İdman Azərbaycan”, “CBC Sport” və “ATV” telekanalları Bakı şəhəri və Abşeron yarımadası ərazisində HD formatında yayımlanır. Yaxın vaxtlarda bu ərazidə “Xəzər TV” və “AzTV” telekanallarının da HD formatına keçəcəyi gözlənilir. Bunun ardınca ölkəmizin digər bölgələrində də tədricən HD formatına keçiləcək”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.

Sabah paytaxtda mülayim, bölgələrdə yağmurlu hava olacaq

6 Oktyabr 2016 12:30

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

"Messi olmadan da oynamağa hazırıq"

6 Oktyabr 2016 12:27

Argentina millisini DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Peru və Paraqvayla oyunlar gözləyir. Bu qarşılaşmalarda komanda lideri Lionel Messinin xidmətlərindən yararlana bilməyəcək.

Sarkisyan yeni nazirləri topladı: "Cəmiyyət anlamır"

6 Oktyabr 2016 12:26

"İnanıram ki, yeni hökumət əvvəl heç kimin etmədiklərini edəcək". Azvision.az bildirir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan yeni hökumətin ilk iclasında çıxışı zamanı deyib.

Suriya-Türkiyə sərhədində partlayış: 20 nəfər öldü

6 Oktyabr 2016 12:21

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Atme çadır düşərgəsində Azad Suriya Ordusunun növbə dəyişdirilməsi zamanı baş verən partlayışda ən azı 20 nəfər həlak olub, çox sayda yaralı var.

Aksiz markası ilə markalanmayan 63 min siqaret aşkar edilib

6 Oktyabr 2016 12:18

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları aksiz markası ilə markalanmayan xeyli miqdarda siqaret aşkar ediblər.

Paytaxtda köşk yanıb

6 Oktyabr 2016 12:03

Nərimanov rayonunda köşk yanıb. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan dam örtüklərinin satışı köşkünün (ofisin) yanar konstruksiyaları 15 m2 sahədə yanıb. Köşkün (ofisin) və ona bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

"Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə" məqalələr toplusu çapdan çıxıb 

6 Oktyabr 2016 12:02

Dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə" məqalələr toplusu çapdan çıxıb. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən “OLAYLAR”-a daxil olan məlumata görə, toplunun ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur.

Samir Şərifov ABŞ-a gedir

6 Oktyabr 2016 12:00

6-9 oktyabr 2016-cı il tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun İllik Toplantısı keçiriləcək. Toplantıda Azərbaycanı maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı günlərində dünya iqtisadiyyatının cari vəziyyəti və gələcək inkişafın əsas istiqamətləri ilə bağlı diskussiya olacaq. Həmçinin yoxsulluğun aradan qaldırılması və maliyyə yardımının səmərəliliyi, o cümlədən qlobal iqtisadiyyat qarşısında olan çağırışlarla bağlı müzakirələr aparılacaq.

Ərdoğan və Putin nələri müzakirə etdi?

6 Oktyabr 2016 11:56

Dünən axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, telefon danışığında iki dövlət arasındakı əlaqələrlə yanaşı, Suriyadakı son hadisələr də müzakirə edilib. Dövlət başçıları Beynəlxalq Enerji Konqresi zamanı İstanbulda gerçəkləşəcək görüş haqqında da fikir mübadiləsi aparıblar. Prezidentlər bir neçə beynəlxalq layihə haqqında müzakirələr aparıb və iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini ifadə ediblər.

Baş pediatr: “Azərbaycanda uşaqların ana südü ilə qidalanması arzu olunan həddə deyil”

6 Oktyabr 2016 11:54

“Təəssüf ki, bütün dünyada, o cümlədən Azərbaycanda uşaqların ana südü ilə qidalanmasının səviyyəsi arzu olunan həddə deyil. Statistik məlumatlara görə, 1992-ci ildə 1 yaşa qədər uşaqların 25 faizi ana südü il qidalanıb. Döşlə əmizdirmənin təbliği istiqamətində UNICEF və Səhiyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində son illərdə bu rəqəm 50 faizədək yüksəlib. Bu rəqəm də arzu olunan hədd deyil”.