Suriya-Türkiyə sərhədində partlayış: 20 nəfər öldü
Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Atme çadır düşərgəsində Azad Suriya Ordusunun növbə dəyişdirilməsi zamanı baş verən partlayışda ən azı 20 nəfər həlak olub, çox sayda yaralı var.
6 Oktyabr 2016 12:21 DünyaSuriyanın Türkiyə ilə sərhəddə yerləşən Atme çadır düşərgəsində Azad Suriya Ordusunun növbə dəyişdirilməsi zamanı baş verən partlayışda ən azı 20 nəfər həlak olub, çox sayda yaralı var.
Bu barədə report "Reuters"ə istinadən xəbər verir. Məlumata görə, partladıcı qurğu yerləşdirilmiş avtomobil sərhəd-keçid məntəqəsi yaxınlığında partladılıb.
Hadisənin təfərrüatları araşdırılır. Hələlik bölgədə fəaliyyət göstərən terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31