"Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə" məqalələr toplusu çapdan çıxıb 

Dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə" məqalələr toplusu çapdan çıxıb. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən “OLAYLAR”-a daxil olan məlumata görə, toplunun ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur.

Dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə" məqalələr toplusu çapdan çıxıb. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən "OLAYLAR"-a daxil olan məlumata görə, toplunun ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur. "Müstəqil Azərbaycanın 25 ili" başlıqlı geniş "Ön söz əvəzi" ilə oxucu auditoriyasına təqdim olunan bu topluda 49 dövlətin Azərbaycan Respublikasına akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin, həmçinin BMT, Avropa İttifaqı, TürkPA və TRASEKA kimi beynəlxalq qurumların Bakıdakı nümayəndəliklərin rəhbərlərinin təmsil etdikləri ölkələrin və qurumların Azərbaycanla əlaqələrinin 25 illik tarixinə, əldə olunan nəticələrin qiymətləndirilməsinə, münasibətlərin perspektivlərinə həsr olunmuş məqalələr toplusu Azərbaycan və ingilis dillərində təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31