Gündəm
İsveçrə səfiri cəbhə bölgəsində
İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderin cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc sakinlərin güzaranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər edib.
Saxlanılan şəxsin digər əməlləri də ifşa olundu
Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-də Bakı şəhər sakini Azad Məhərrəmovu aldadaraq 300 manat pulunu almaqda şübhəli bilinən həmyerlisi Əqil Həsənov tutulub. DİN-dən verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun sentyabrın 15-də paytaxt sakini İsmayıl Şükürovu aldadıb 400 manat pulunu alması da müəyyən edilib.
Oğrular “iş başında” yaxalandılar
Oktyabrın 5-də saat 06 radələrində Yasamal rayonu ərazisində yerləşən Bakı şəhər sakini Elşən İsmayılova məxsus gözəllik salonundan Yasamal Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. DİN-dən verilən məlumata görə, dərhal hadisə yerinə gəlmiş RMİ əməkdaşları tərəfindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Yevlax rayon sakinləri Şahmurad Xudaverdiyev və Ruslan Əmiraslanov saxlanılaraq 27-ci PB-yə təhvil veriblər.
158 yaşayış məntəqəsinə təbii qaz verilib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədi ilə cari ilin yanvar-sentyabr ayları ərzində 7214,6 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 225 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-sentyabr aylarında 158 yaşayış məntəqəsi qazlaşdırılıb.
“Bakı Metropoliteni” işçi axtarır
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yük maşınının sürücüsü peşəsi üzrə işə qəbul elan edir. Bu barədə məlumat “OLAYLAR”-a qurumun mətbuat xidmətindən daxil olub. Bildirilib ki, hərbi mükəlləfiyyətli, sürücülük kategoriyasl CDE, müvafiq peşə üzrə iş stajı minimum 5 il və qeydiyyat: Bakı şəhərinə olan iş axataranlar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “yük maşınının sürücüsü” peşəsinin qeyd edilməsi zəruridir.
Azərbaycanın şəhid olan hərbi qulluqçusu dəfn olundu
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçisi Bərdə rayonunda dəfn olunub. Report bildirir ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu Sahil Sahib oğlu Məmmədov rayonun Soğanverdilər kənd qəbiristanlığında torpağa tapşırılıb.
"Su pərisi"nin meyitinin FOTOsu yayıldı
Britaniyalı Pol Cons özünün şəxsi Facebook səhifəsində su pərisinin qalıqları olduğunu iddia etdiyi şəkil dərc edib. Lent.az bildirir ki, o, əfsanəvi varlığın cəsədini Şimal dənizinin sahilində aşkar edib.
60 yaşlı kişidən rəzil hərəkət - Pulla aldığı qadını 2 il zorlayıb
Türkiyənin Diyarbəkir vilayətində zorlamada ittiham olunan 60 yaşlı A.Ç.-yə 17,5 il həbs cəzası verilib.
Haitidə 23 nəfər qasırğanın qurbanı olub
Haitidə 23 nəfər "Metyu" qasırğasının qurbanı olub, 3 nəfər isə itkin düşüb. "Report" BBC-yə istinadən xəbər verir ki, hakimiyyət fəlakət bölgələri ilə əlaqə saxlaya bilmədiyindən qurbanların sayının artacağı ehtima edilir.
OPEC Vyana sammitində hasilatı daha çox azalda bilər
OPEC ölkələri noyabrın 30-da Vyanada (Avstriya) keçiriləcək növbəti sammitdə neft hasilatını ilkin nəzərdə tutulan 0,7 mln. barel/gündən daha çox azalda bilər.
Türkiyənin baş naziri: "Türk hərbçisi Başikada qalacaq"
"İraq hökumətinin nə söyləməsindən asılı olmayaraq, bölgədə İŞİD-ə qartşı mübarizə aparmaq üçün türk hərbçisi Başikada qalacaq".
İslam ölkələri müsəlman gənclərin inkişafı sahəsində birgə fəaliyyət göstərəcəklər
İslam ölkələri Gənclər və İdman nazirlərinin 3-cü beynəlxalq toplantısı İstanbulda öz işinə başlayıb. İƏT, Avrasiya Regional Mərkəzinin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan məlumata grə, mərasimində İƏT rəhbərliyi, İƏT-ə üzv 40-a yaxın ölkənin Gənclər və İdman Nazirliyi və ya müvafiq dövlət qurumunun rəhbərləri, 10-dan çox beynəlxalq təşkilatın başçısı, Türkiyənin yüksək dövlət məmurları, İƏT-ə üzv ölkələrin gənclər hərəkatları nümayəndələri, rəsmi qonaqlar iştirak edib.
AzTU-nun əməkdaşları İsveçin Upsala Universitetində
Avropa Birliyinin “Azərbaycanda doktoranturanın Avropa standartlarına uyğunlaşdırılması” mövzusunda təsdiq edilən Nizami qrant layihəsi iştirakçılarının növbəti toplantısı İsveçin Upsala Universitetində keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, toplantıda iştirak edən Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndələri Azərbaycanda texniki sahənin inkişafı, eləcədə bu sahədə tətbiq olunacaq yeniliklərlə bağlı məlumat veriblər. AzTU-nun nümayəndələri avropalı həmkarlarına bildiriblər ki, icra edilən layihə çox önəmlidir.
Diaspora rəhbəri Qırğızıstanın baş prokuroruna müraciət etdi
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Nüsrət Məmmədov Qırğızıstanın Baş Prokuroru xanım İndira Coldubayevə müraciət edib. Müraciətdə Bişkek şəhər prokurorluğunun əməkdaşı Əzizağa Əliyev haqqında qanuni ölçü götürülməsi xahiş olunur.
Azad Rəhimov Türkiyəyə səfər edib
Türkiyənin İstanbul şəhərində gənclər və idman nazirlərinin 3-cü sessiyası keçirilir. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, nazir Azad Rəhimov da iclasa qatılıb. Sessiyada gənclər və idman sahələrindəki problemlərin həll yollarının tapılması, ölkələrimizin idman nailiyyətlərinin, idman fəaliyyətinin artırılması, ictimaiyyətin idmana marağının yönləndirilməsi və gənclərin idman sahəsində potensiallarının gücləndirilməsi üçün müzakirələrin aparılması nəzərdə tutulur. Azad Rəhimov iclasda gənclər və idman sahələri istiqamətində ölkəmizdə həyata keçirilən siyasət haqqında geniş məlumat verib. Nazir çıxışı zamanı ölkədə 320 QHT-nin müxtəlif istiqamətlərdə fəaliyyət göstərməsi, 39 Gənclər evinin mövcudluğu və ümümilikdə gənclər sahəsini əhatə edən bir sıra layihələr haqda məlumat verib.














