İsveçrə səfiri cəbhə bölgəsində

İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderin cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc sakinlərin güzaranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər edib.

İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderin cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc sakinlərin güzaranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər edib. "OLAYLAR"-ın xəbərinə görə, Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon rəhbəri Müstəqim Məmmədov səfirə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib. Qeyd edib ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur. Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Səfir səmimi qəbul üçün rayon rəhbərinə təşəkkürünü bildirib, İsveçrə Konfederasiyasının Azərbaycanla dostluq əlaqələrindən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31