İslam ölkələri müsəlman gənclərin inkişafı sahəsində birgə fəaliyyət göstərəcəklər
İslam ölkələri Gənclər və İdman nazirlərinin 3-cü beynəlxalq toplantısı İstanbulda öz işinə başlayıb. İƏT, Avrasiya Regional Mərkəzinin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan məlumata grə, mərasimində İƏT rəhbərliyi, İƏT-ə üzv 40-a yaxın ölkənin Gənclər və İdman Nazirliyi və ya müvafiq dövlət qurumunun rəhbərləri, 10-dan çox beynəlxalq təşkilatın başçısı, Türkiyənin yüksək dövlət məmurları, İƏT-ə üzv ölkələrin gənclər hərəkatları nümayəndələri, rəsmi qonaqlar iştirak edib.
6 Oktyabr 2016 15:19 Sosialİslam ölkələri Gənclər və İdman nazirlərinin 3-cü beynəlxalq toplantısı İstanbulda öz işinə başlayıb. İƏT, Avrasiya Regional Mərkəzinin mətbuat xidmətindən "OLAYLAR"-a daxil olan məlumata grə, mərasimində İƏT rəhbərliyi, İƏT-ə üzv 40-a yaxın ölkənin Gənclər və İdman Nazirliyi və ya müvafiq dövlət qurumunun rəhbərləri, 10-dan çox beynəlxalq təşkilatın başçısı, Türkiyənin yüksək dövlət məmurları, İƏT-ə üzv ölkələrin gənclər hərəkatları nümayəndələri, rəsmi qonaqlar iştirak edib.
İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov İƏT Gənclər və İdman Nazirlərinin sessiyasında qəbul edilməsi nəzərdə tutulan ən mühüm sənədlərdən biri, İƏT ölkələri gənclər siyasətini qurmağı hədəfləyən İƏT ölkələri Gənclər Strategiyasını tədbir iştirakçılarına təqdim edib. Bildirilib ki, Gənclər Strategiyasının əsas hədəfləri İslam ölkələri gənclərinin təhsil, elm, ictimai aktivlik sahəsində səviyyələrinin yüksəldilməsi və imkanlarının genişləndirlməsi, işsizlik və savadsızlığın azaldılması, təkfirçilik və dini ektremizmə qarşı profilaktik tədbirlərin, məzhəblərarası yaxınlaşma işinin güncləndirilməsi, İƏT Gənclər Mərkəzlərinin yaradılmasıdır.