Azad Rəhimov Türkiyəyə səfər edib
Türkiyənin İstanbul şəhərində gənclər və idman nazirlərinin 3-cü sessiyası keçirilir. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, nazir Azad Rəhimov da iclasa qatılıb. Sessiyada gənclər və idman sahələrindəki problemlərin həll yollarının tapılması, ölkələrimizin idman nailiyyətlərinin, idman fəaliyyətinin artırılması, ictimaiyyətin idmana marağının yönləndirilməsi və gənclərin idman sahəsində potensiallarının gücləndirilməsi üçün müzakirələrin aparılması nəzərdə tutulur. Azad Rəhimov iclasda gənclər və idman sahələri istiqamətində ölkəmizdə həyata keçirilən siyasət haqqında geniş məlumat verib. Nazir çıxışı zamanı ölkədə 320 QHT-nin müxtəlif istiqamətlərdə fəaliyyət göstərməsi, 39 Gənclər evinin mövcudluğu və ümümilikdə gənclər sahəsini əhatə edən bir sıra layihələr haqda məlumat verib.
6 Oktyabr 2016 15:15 SosialTürkiyənin İstanbul şəhərində gənclər və idman nazirlərinin 3-cü sessiyası keçirilir. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, nazir Azad Rəhimov da iclasa qatılıb. Sessiyada gənclər və idman sahələrindəki problemlərin həll yollarının tapılması, ölkələrimizin idman nailiyyətlərinin, idman fəaliyyətinin artırılması, ictimaiyyətin idmana marağının yönləndirilməsi və gənclərin idman sahəsində potensiallarının gücləndirilməsi üçün müzakirələrin aparılması nəzərdə tutulur. Azad Rəhimov iclasda gənclər və idman sahələri istiqamətində ölkəmizdə həyata keçirilən siyasət haqqında geniş məlumat verib. Nazir çıxışı zamanı ölkədə 320 QHT-nin müxtəlif istiqamətlərdə fəaliyyət göstərməsi, 39 Gənclər evinin mövcudluğu və ümümilikdə gənclər sahəsini əhatə edən bir sıra layihələr haqda məlumat verib.