Türkiyənin baş naziri: "Türk hərbçisi Başikada qalacaq"

"İraq hökumətinin nə söyləməsindən asılı olmayaraq, bölgədə İŞİD-ə qartşı mübarizə aparmaq üçün türk hərbçisi Başikada qalacaq".

"İraq hökumətinin nə söyləməsindən asılı olmayaraq, bölgədə İŞİD-ə qartşı mübarizə aparmaq üçün türk hərbçisi Başikada qalacaq".

"Report" NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım ölkənin Ticarət və Birjalar Palatası Birliyinin 9-cu Ticarət və Sənaye Şurasında İraq hökumətinin Başika ilə bağlı çıxışlarına münasibət bildirərkən vurğulayıb.

"İŞİD-ə qarşı mübarizə aparmaq üçün 63 dövlət İraqa hərbçi göndərib. Bu baxımdan İraq hökumətinin Türkiyəyə qarşı belə çıxış etməsi gülüncdür. Bunun heç bir xoşməramlı izahı yoxdur. Türkiyə haqqında aşağı-yuxarı, cəfəngiyyat danışmağa İraq hökumətinin həddi çatmaz" - baş nazir bildirib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin 500 hərbçisi üç ildir Mosul əyalətinə bağlı Başika bölgəsinə yerləşdirilib. Onlar İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraqın şimalında Kürd Muxtar Bölgəsinin silahlılarına təlim keçir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31