Gündəm

Azərbaycan ordusunun dünya reytinqindəki yeri AÇIQLANDI

6 Oktyabr 2016 16:30

Dünyanın ən güclü ordularının builki reytinq cədvəli tərtib edilib. Qafqazinfo bildirir ki, ən güclü orduların yeni reytinqini Amerikanın "Global Fire Power" araşdırma mərkəzi açıqlayıb.

"Bank Standard" müflis elan edidi

6 Oktyabr 2016 16:29

1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli qərarı ilə "Bank Standard" QSC müflis elan edilib.

Ermənistanda növbəti istefalar

6 Oktyabr 2016 16:27

Ermənistan Səhiyyə Nazirliyinin aparat rəhbəri Armen Karapetyan vəzifəsindən azad edilib.

Lavrov niyə Yerevana gedir?

6 Oktyabr 2016 16:16

Rusiyanın xarici işlər naziri noyabrın 14-də Yerevanda Kollektiv Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı XİN rəhbləri Şurasının iclasında iştirak edəcək.

Suriyada ABŞ-Rusiya müharibəsi başlaya bilərmi?

6 Oktyabr 2016 16:14

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalına verdiyi müsahibə verib.

Peskov Kadırovun qanunsuz əməllərini araşdırmağa çağırdı

6 Oktyabr 2016 16:13

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müvafiq nəzarət orqanlarını Qroznıda uşaqların iştirakı ilə keçirilən qaydasız döyüş turnirini yoxlamağa çağırıb.

Gənclər hərbi xidmətə vətənpərvər ruhda gedir

6 Oktyabr 2016 16:11

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində həyata keçirilən tədbirlər artıq silsilə xarakter alıb. Bu mənada Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən Abşeron Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Qonşusunun evindən 5700 manatlıq qızıl apardı

6 Oktyabr 2016 16:07

Yardımlı rayonunda oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Yardımlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 25-də rayon sakini Nizami Əlişova məxsus evdən 5.700 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerlisi Mirqasım Qədirov tutulub.

Evdən gümüş əşyallar aparan şəxs tutulub

6 Oktyabr 2016 16:06

Oktyabrın 1-nə keçən gecə Bakı şəhər sakini Miyad Abıyevin evindən qapının qıfılını sındırmaq yolu ilə 650 manat dəyərində gümüş əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini Ramil Mütəllimov tutulub.

“Tibbi təhsilin 12 il müddətində olması təqdirəlayiq ola bilər” MÖVQE

6 Oktyabr 2016 16:05

“Həkimlik elə bir peşədir ki, burada nəzəriyyədən daha çox praktikaya üstünlük verilməlidir. Hesab edirəm ki, bu sənəti seçənlərə diplom universiteti bitirdikdən sonra deyil, müəyyən təcrübə toplayıb, çalışdıqdan sonra verilməlidir. Misal üçün Avropanın bəzi ölkələrində tibb təhsili 14 illikdir. Bu baxımdan tibb təhsilinin uzun müddətli olmağının lehinəyəm”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.

Qasırğa planları dəyişdi - Prezident seçkiləri təxirə salındı

6 Oktyabr 2016 16:04

"Metyu" qasırğasına görə Haitinin hakimiyyət orqanları oktyabrın 9-na təyin edilmiş prezident seçkilərini başqa vaxta keçirmək qərarına gəliblər. Azvision.az bildirir ki, seçkilərin yeni tarixi oktyabrın 12-dən gec olmayaraq elan ediləcək.

“Bizim üçün vacibdir ki,...”

6 Oktyabr 2016 16:01

Azərbaycanın müdafiə naziri Zakir Həsənov oktyabrın 5-də Özbəkistana səfər edərək özbək həmkarı ilə geniş fikir mübadiləsi aparıb. Özbəkistanda prezident İslam Kərimovun vəfatından sonra bu ölkədə prezident seçkisi keçirilməyib. Bu baxımdan Özbəkistanda prezident seçilmədən və Daşkəndin xarici siyasət kursunda hansı dəyişikliklərin olub-olmayacağı bəlli olmadan Zakir Həsənovun bu ölkəyə səfəri nə dərəcədə əhəmiyyətlidir?

Türkiyə baş nazirinin baş məsləhətçisi azərbaycanlı oldu

6 Oktyabr 2016 16:00

Türkiyənin Giresun Univetsitetinin Rektoru,Tarix elmləri doktoru,Professor Aygün Attar bu ölkənin yeni təyin edilən Baş Naziri Binəli Yıldırımın baş məsləhətçisi təyin olunub. “OLAYLAR”-ın xəbərinə görə, Aygün Attar əslən Azərbaycanın Qubadlı bölgəsindəndir.Uzun müddətdir ki, o, Türkiyədə yaşayır və fəaliyyət göstərir. Aygün Attar Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınmasında müstəsna xidməti olan insanlardandır. Aygün Attarın Türkiyə Cümhuriyyəti Baş Nazirinin baş məsləhətçisi təyin olunması təkcə Azərbaycan deyil, bütövlükdə Türk dünyasının uğurudur.

Azərbaycan işğalçını diz üstə çökdürmək üçün əlindən gələni edəcək

6 Oktyabr 2016 15:59

“Global Firepower portalının tərtib etdiyi reytinq cədvəlində ötən il Azərbaycan öz hərbi potensialına görə 63, Ermənistan isə 74-cü pillədə yer almışdı. Bu il bilindiyi kimi balans yaratmaq adı altında havadarları haylara yenə xeyli silah və sursat ötürdülər ki, nəticə dəyişsin, ortadakı fərq aradan qalxsın.