Maşınlara qənim kəsilən şəxslər saxlanıb
6 Oktyabr 2016 16:08 KriminalSentyabrın 15-də Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini Nəsimi Tağıyevə məxsus "VAZ-2106" markalı avtomobildən akkumulyator oğurlanıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Rahib Əhmədov, Elşən Bağırov və Ravil Vəliyev tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 1-nə keçən gecə daha 1(bir) avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31