“Bizim üçün vacibdir ki,...”

Azərbaycanın müdafiə naziri Zakir Həsənov oktyabrın 5-də Özbəkistana səfər edərək özbək həmkarı ilə geniş fikir mübadiləsi aparıb. Özbəkistanda prezident İslam Kərimovun vəfatından sonra bu ölkədə prezident seçkisi keçirilməyib. Bu baxımdan Özbəkistanda prezident seçilmədən və Daşkəndin xarici siyasət kursunda hansı dəyişikliklərin olub-olmayacağı bəlli olmadan Zakir Həsənovun bu ölkəyə səfəri nə dərəcədə əhəmiyyətlidir?

Elxan Şahinoğlu: " Özbəkistanın yeni prezidenti də Kərimovun Azərbaycan-Ermənistan münaqişəsinə baxışını davam etdirsin"

Azərbaycanın müdafiə naziri Zakir Həsənov oktyabrın 5-də Özbəkistana səfər edərək özbək həmkarı ilə geniş fikir mübadiləsi aparıb. Özbəkistanda prezident İslam Kərimovun vəfatından sonra bu ölkədə prezident seçkisi keçirilməyib. Bu baxımdan Özbəkistanda prezident seçilmədən və Daşkəndin xarici siyasət kursunda hansı dəyişikliklərin olub-olmayacağı bəlli olmadan Zakir Həsənovun bu ölkəyə səfəri nə dərəcədə əhəmiyyətlidir? "OLAYLAR"-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyib ki, səfərin məhz indiki məqamda reallaşması əhəmiyyətlidir: "İslam Kərimov Dağlıq Qarabağ məsələsində birmənalı Azərbaycan mövqeyini müdafiə edir və buna görə Ermənistanda səfirlik açmamışdı. Özbəkistan keçmiş SSRİ respublikaları arasında Ermənistanda səfriliyi olmayan tək ölkədir. Bu Kərimovun Azərbaycanın həssas mövzusuna verdiyi dəyər idi. İndi bizim üçün vacibdir ki, Özbəkistanın yeni prezidenti də (böyük ehtimalla bu baş nazir Şavkat Mirziyoyev olacaq) Kərimovun Azərbaycan-Ermənistan münaqişəsinə baxışını davam etdirsin. Təsadüfi deyil ki, Zakir Həsənov Daşkəndəki çıxışlarında iki xalq arasında çoxəsrlik dostluq ənənələrini vurğulamaqla yanaşı Ermənistanın beynəlxalq hüquqa zidd olaraq Azərbaycan torpaqlarını işğalda saxladıını və bunun bölgə təhlükəsizliyi üçün təhdid olduğunu xatırladıb. Hər halda bu xatırlatmanı Özbəkistan yeni rəhbərliyi diqqətə alacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31