Gündəm

Prokuror Saray bələdiyyə sədrini və həyat yoldaşını öldürən şəxsə ömürlük cəza istədi

6 Oktyabr 2016 17:36

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Ermənilər Hadrutda insan ətini necə və niyə yeyiblər?

6 Oktyabr 2016 17:34

Musavat.com Həmid Herisçinin yazısını təqdim edir: Azərbaycan zaman-zaman təkcə elə yadelli işğalçıların hücumuna məruz qalmayıb. Vaxtaşırı cüzam, vəba və nəhayət, taun kimi əlacsız, çarəsiz xəstəliklərin, azarların kütləvi hücumuna da məruz qalıb. Sağalmaz xəstəliklərə yoluxmuş Şabran, Beyləqan, Güstasipi kimi şəhərlər tərk edilib. 

Avroparlamentdə qalmaqal: deputatlar dalaşdı, biri pəncərədən aşağı düşdü

6 Oktyabr 2016 17:28

Avropa parlamentində qalmaqal yaşanıb. Virtualaz.org Qərb mətbuatına istinadən xəbər verir ki, deputatlardan biri Böyük Britaniyanın Müstəqillik Partiyasının üzvü, deputat Stiven Vulfa sillə vurub.

BDU-da manyak tələbə qıza hücum edib

6 Oktyabr 2016 17:27

Bakıda manyak tələbə qıza hücum edib. Bakı Dövlət Universitetinin tələbələri qorxulu anlar yaşayıb. Belə ki, ali müəssisənin həyətində olan manyak tələbə qızlardan birinə hücum edib. Oğlanların səyi nəticəsində manyak ərazidən uzaqlaşdırılıb.

Nazirdən ŞOK AÇIQLAMA: "İlk hava limanı yadplanetlilər tərəfindən tikilib"

6 Oktyabr 2016 17:23

İraqın nəqliyyat naziri Kasım Fincan dünən verdiyi açıqlamalarla onu dinləyən jurnalistləri heyrətləndirib.

İmişlidə atanın qızını zəncirləməsi faktı ilə bağlı cinayət işi başlanıb

6 Oktyabr 2016 17:20

İmişl rayonunda atanın qızını zəncirləyərək evdə saxlaması faktı ilə bağlı cinayət işi başlanıb.

O ölkə rəsmən elan etdi - FETÖ-çüləri Türkiyəyə verməyəcək

6 Oktyabr 2016 16:48

İsveç rəsmi olaraq bu ölkəyə gələn FETÖ-çüləri geri göndərməyəcəyini açıqlayıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İsveçin SVD qəzeti son iki ayda Türkiyədən bu ölkəyə 176 nəfərin sığınacaq üçün müraciət etdiyini yazıb. Həmin şəxslərin Türkiyədəki 15 iyul çevriliş cəhdi ilə əlaqələri olduqları vurğulanıb. İsveç həmin şəxslərin müraciətlərini qəbul etməsə də, onları Türkiyəyə ekstradisiya etməkdən imtina edib.

ETSN Xəzər sahilində ekoloji tarazlığı pozan obyektləri açıqlayıb - SİYAHI

6 Oktyabr 2016 16:47

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər, Suraxanı və Səbail rayonlarındakı çimərliklərin ekoloji vəziyyəti ilə bağlı monitorinq aparıb. APA-nın xəbərinə görə, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilib ki, Xəzər, Suraxanı və Səbail rayonlarının sahil zolağında fəaliyyət göstərən bəzi istirahət mərkəzlərinin ərazisində ətraf mühitin mühafizəsi istiqamətində keçirilən monitorinq zamanı ekoloji tarazlığın pozulması halları qeydə alınıb.

Ceyms Uorlik: "Bu ayın sonu regiona səfər edəcəyik"

6 Oktyabr 2016 16:45

ATƏT-in Minsk qrupu həmsədrləri bu ayın sonu regiona səfər edəcəklər. Bu barədə APA-ya açıqlamasında Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O səfərin dəqiq tarixinin hələlik məlum olmadığını deyib. Amerikalı həmsədr səfər zamanı ölkə prezidentləri ilə görüşəcəklərinə ümid etdiklərini bildirib.

Bakı məhkəməsi “Tsıqan” ləqəbli kriminal avtoriteti 20 il müdətinə azadlıqdan məhrum edib

6 Oktyabr 2016 16:42

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada qətldə təqsirləndirən Elmir Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə iddia üzrə məhkəmə prosesi keçirilib.

Nəsib Quliyev: “Bəzən həkimlər süni qida şirkətlərinin, mənəviyyatsız işlərin qurbanına çevrilir”

6 Oktyabr 2016 16:41

“Hazırda süni qida şirkətləri məhsullarını satmaq üçün bütün üsullardan istifadə ed­irlər. Həmin şirkətlərin əməkdaşları qapı­-qapı gəzirlər, hətta məhsulları hədiyyə kimi verirlər. Biz isə belə mənəviyyatsız işin qurbanına çevrilirik. Təəssüf ki, bunu edən də ata və anadır. Körpələrin həyatın­ı 5-10 manata satmaq olmaz".

Yaşar Aydəmirov: “Ermənistanın vəziyyəti gərginləşdirməsinə qarşı Azərbaycan müvafiq tədbirlər görəcək”

6 Oktyabr 2016 16:39

"Ermənistan tərəfinin cəbhə xəttində yenidən törətdiyi qanlı təxribat rəsmi Yerevanın təcavüzkar mahiyyətini və siyasətini bir daha təsdiq edir".

Rusiya XİN: Suriyadakı səfirliyimizin atəşə tutulması ilə ABŞ-ın hədələri arasında əlaqə görürük

6 Oktyabr 2016 16:38

Moskva Dəməşqdəki Rusiya səfirliyinin atəşə tutulması ilə ABŞ-ın hədələri arasında əlaqə görür.

KTMT-nın İrəvan toplantısında Qarabağ münaqişəsi müzakirə oluna bilər

6 Oktyabr 2016 16:37

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin oktyabrın 14-də İrəvanda keçiriləcək toplantısında Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirə olunması mümkündür. 

Rusiya XİN-dən Kerriyə cavab

6 Oktyabr 2016 16:35

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bəyanatlardan asılı deyil. SİA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə ABŞ-ın dövlət katibi Con Kerrinin Qarabağ münaqişəsinə dair açıqlamasını şərh edərkən bildirib.