Rusiya XİN: Suriyadakı səfirliyimizin atəşə tutulması ilə ABŞ-ın hədələri arasında əlaqə görürük

Moskva Dəməşqdəki Rusiya səfirliyinin atəşə tutulması ilə ABŞ-ın hədələri arasında əlaqə görür.

Moskva Dəməşqdəki Rusiya səfirliyinin atəşə tutulması ilə ABŞ-ın hədələri arasında əlaqə görür.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. "Biz bu terror aktı ilə Vaşinqton tərəfindən bizim ünvanımıza səslənən hədələr arasında əlaqə görürük. Bunun terrorçulara zenit-raket kompleksləri və digər növ müasir döyüş texnikasının verilməsinin mümkünlüyü barədə müzakirələrin fonunda baş verməsi maraqlıdır, - deyə o, söyləyib.
  
M. Zaxarova bu gün Rusiya və Fransa xarici işlər nazirləri arasında görüş keçiriləcəyini açıqlayıb. Görüşdə Suriya məsələsi və iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31